Sağlamlıq
Rusiyada xərçəng xəstəsi müalicə olundu: Metastazlar yoxa çıxdı
Rusiyada fərdi qaydada hazırlanmış xərçəng peyvəndi ilə müalicə alan ilk xəstədə metastazlar tamamilə yoxa çıxıb.
Publika.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının akademiki, N.F. Qamaleya adına Mərkəzin elmi rəhbəri Aleksandr Qinzburq “Gazeta.Ru”ya açıqlamasında bildirib.
Akademikin sözlərinə görə, xəstənin müalicəsi başa çatıb və son dörd ay ərzində onda yeni törəmələr aşkarlanmayıb. Hazırda pasiyent hər ay tibbi nəzarətdən keçirilir. Müşahidə prosesi üç il davam edəcək.
Qinzburq mRNT texnologiyası əsasında hazırlanan xərçəng peyvəndin iş prinsipini də izah edib. Onun sözlərinə görə, preparat xəstənin immun sistemini elə istiqamətləndirir ki, orqanizm özü bədxassəli şişləri və metastazları məhv etməyə başlayır.
Onkovaksina hər bir xəstə üçün fərdi şəkildə hazırlanır. Bunun üçün pasiyentin genetik məlumatlarından istifadə olunur.
Qeyd edək ki, mart ayında Rusiyanın Səhiyyə Nazirliyi xərçəng peyvəndlərinin 2026-cı il üzrə dövlət zəmanəti proqramına daxil edilməsini nəzərdə tutan layihə hazırlayıb. Söhbət 2026-cı il, eləcə də 2027-2028-ci illəri əhatə edən icbari tibbi sığorta proqramına iki müalicə üsulunun daxil edilməsindən gedir.
Bunlardan biri kolorektal xərçənglə mübarizə üçün nəzərdə tutulan “Onkopept” adlı peptid vaksini, digəri isə fərdiləşdirilmiş mRNT-vaksin terapiyasıdır.
Müəllif: Adəm
-
Rəsmi xronika16:41İlham Əliyev Maya Sandu ilə görüşdü - FOTO
-
Nida Xəbər 15:53Teymur Musayevə yeni vəzifə verildi
-
Rəsmi xronika15:13İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşdü
-
MDB14:08Korrupsiya qalmaqalı böyüyür: Pəncərədən 8 çamadan dolları küçəyə atan kimdir? - VİDEO
-
Sosial13:58Dublində "Avropa Siyasi Birliyi"nin sammiti BAŞLAYIR
-
İqtisadi gündəm12:18Bakıda 8 bina sökülür, sakinlərə nə qədər kompensasiya ödəniləcək? - VİDEO
-
Nida Xəbər 11:27General qızından şikayətçi olanın kimliyi bilindi
-
Dünya10:24Putinin nümayəndəsi Trampın elçilərini milli komandanın formasında qarşıladı - FOTO







































