Səhər süfrəsindəki təhlükə: Bu qidalar insulin müqaviməti riskini artıra bilər
Bizi izləyin

Sağlamlıq

Səhər süfrəsindəki təhlükə: Bu qidalar insulin müqaviməti riskini artıra bilər

Səhər süfrəsindəki təhlükə: Bu qidalar insulin müqaviməti riskini artıra bilər

Səhər yeməyində tez-tez istifadə olunan bəzi qidalar sağlamlığa mənfi təsir göstərə bilər.

Publika.az Lenta.ru-ya istinadən xəbər verir ki, bunu nutrisioloq Yelena Kosenko bildirib.

Onun sözərinə görə, şəkərli quru səhər yeməkləri, meyvə şirəsi ilə birlikdə qəbul edilən un məmulatları və tərkibində kolbasa olan sendviçlər sağlamlığa mənfi təsir göstərə bilər.

“Bu məhsullar qanda qlükozanın səviyyəsinin əvvəlcə kəskin yüksəlməsinə, daha sonra isə aşağı düşməsinə səbəb olur. Nəticədə aclıq və yorğunluq yaranır. Belə qidaların müntəzəm istehlakı insulin müqavimətinin inkişafı riskini artıra bilər”, - deyə nutrisioloq qeyd edib.

Ekspertin sözlərinə görə, səhər yeməyi gün ərzində orqanizmin metabolik ritminin formalaşmasında mühüm rol oynayır. Yanlış qida seçimi isə qlükoza səviyyəsində dəyişikliklərə, iltihaba və yorğunluğa səbəb ola bilər.

Müəllif: Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm