Ebolaya yoluxma halları 20 dəfə azalıb
Bizi izləyin

Sağlamlıq

Ebolaya yoluxma halları 20 dəfə azalıb

Yerli hökumətin və digər dövlətlərin nümayəndələrinin səyləri nəticəsində Liberiyada Ebola virusuna yoluxma halları 20 dəfəyə qədər azalıb.

Publika.az-ın məlumatına görə, bu barədə ABŞ Prezidenti Barak Obama Liberiya Prezidenti Elen Conson-Serliflə görüşü zamanı bildirib. Liberiya Prezidentinin səfəri ölkədən virusla mübarizə məqsədi ilə göndərilmiş Amerika qoşunlarının çıxarılması fonunda baş tutub.

Ölümcül virusa yoluxma hallarının pik göstəricilərə nisbətən 95 faiz azaldığını deyən ABŞ Prezidenti hazırda həftədə yalnız bir neçə belə faktın qeydə alındığını vurğulayıb. Onun sözlərinə görə, Qvineya və Serra-Leonedə vəziyyət Liberiyadakı kimi qənaətbəxş deyil.

Liberiya prezidenti də öz növbəsində beynəlxalq ictimaiyyətə epidemiya ilə mübarizədə Qərbi Afrika ölkələrinə yardım çağırışı edərək “müstəsna” köməyinə görə Barak Obamaya təşəkkür edib.

Qeyd edək ki, Liberiyada fəaliyyət göstərən ABŞ hərbçiləri müvəqqəti hospitallar tikərək yerli personala təlim keçiblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm