Gül suyunun bilmədiyiniz faydaları
Bizi izləyin

Sağlamlıq

Gül suyunun bilmədiyiniz faydaları

Qədim zamanlardan bəri gözəllik proseduralarının vaz keçilməzi olan gül suyu dəri üçün çox faydalıdır.

Gül suyunun 100 faiz təbii olması əhəmiyyət kəsb edir. Belə ki, gül suyunun qoxusu çox gözəl olur və dəriyə faydaları qısa zamanda müşahidə edilir.

Dərini nəmləndirmə və təmizləmə xüsusiyyətinə sahib olan gül suyunu soyuducuda saxlayıb soyuq halda istifadə etmək lazımdır. Bu zaman üzdə qan dövranı sürətlənəcək.

Gü suyu ilə nəmlənən üz dərisi daha təbii və təravətli görünəcək. Gül suyunu makiyajı təmizlədikdən sonra tonik əvəzinə istifadə etmək olar.

Bu möcüzəvi gözəllik mənbəyi hər dəri tipi üçün uyğundur.Yağlı dərinin nəm tarazlığını təmin edir, quru dərini isə nəmləndirir. Gül suyu sızanaqlara qarşı təsirlidir. Həmçinin, dəridəki qızarıqlığı aradan qaldırır, şişkinliyi yox edir, məsamələri açır, dəriyə işıltı verir, sızanaqları qurudur. Dərinisinin həddən artıq yağlı olduğunu düşünənlər gül suyu ilə hazırlanan maskanı həftədə iki dəfə çəkməlidirlər.

Bu maska uşaq pudrası ilə gül suyunu qarışdıraraq əldə edilir. Məcun halına gətirdiyiniz maskanı üzünüzə çəkib bir müddət gözləyin və daha sonra gül suyu ilə təmizləyin.

Sızanaqlardan əziyyət çəkənlər isə hər səhər problemli bölgəyə gül suyu çəkməlidirlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm