Limonlu suyun sağlamlığa zərərləri
Bizi izləyin

Sağlamlıq

Limonlu suyun sağlamlığa zərərləri

Bir çox insan detoks məqsədilə limonlu su içir. Ancaq mütəxəssislər həddindən artıq istehlak edilən limon suyunun faydadan çox zərər verdiyini bildirirlər. Çünki limonun tərkibindəki bir sıra maddələr sağlamlığa zərər verir.

Həkimlə məsləhətləşmədən mütəmadi olaraq limonlu su içmək təhlükəlidir.

Publika.az limonlu suyun zərərlərini təqdim edir:

Dişdə erroziyaya səbəb olur.

Limon faydalı bir meyvədir. Buna heç kimin şübhəsi yoxdur. Ancaq onun tərkibindəki turşular dişlərlə təmas etdikdə erroziyaya səbəb olur. Zərər görən diş isti və soyuğa qarşı daha həssas olur. Dişlərinizi qorumaq üçün limonlu suyu və ya limon suyunu çubuqla içməyiniz məsləhətdir. Dişlərinizin zərər gördüyündən şübhələnirsinizsə, ən qısa zamanda stomatoloqa müraciət edin.

Mədəyə zərər verir

Limonlu su içmək mədə üçün də zərərlidir. Xüsusilə də, qastritdən əziyyət çəkənlər limondan uzaq durmalıdırlar. Limon mədədə turşululuğun artmasına səbəb olur, nəticədə yanma və ağrı hissi yaranır.

Bədən su itirir

Limonunun tərkibindəki yüksək nisbətdəki C vitamini sidikqovucu təsirə malikdir. Odur ki, böyrəklər daha çox işləməli olur. Bu da bədəndən maye və natriumun atılmasına gətirib çıxarır. Bir sözlə, limonlu su bədəninizin susuz qalmasına və orqanların zərər görməsinə şərait yaradır.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm