Günəbaxan tumunun faydaları
Bizi izləyin

Sağlamlıq

Günəbaxan tumunun faydaları

Verilişə baxarkən və ya parkda oturarkən həm kişilər, həm də qadınlar günəbaxan tumu çırtlamağı xoşlayırlar. Bir çoxlarının köklüyə səbəb olduğu üçün uzaq durduğu bu çərəz əslində sağlamlığın əsl keşikçisi imiş.

Araşdırmalar günəbaxan tumunun antioksidantlar və minerallar ehtiva etdiyini sübuta yetirib.

Günəbaxan tumu soğan, sarımsaq və brokkoli kimi ürək və xərçəng xəstəliklərindən qorunmağa kömək edir. Xroniki xəstəliklərin bir çoxuna qarşı təsirlidir.

Çox sayda vitamin və mineral ehtiva etdiyi üçün daxili orqanların funksiyalarını daha yaxşı yerinə yetirməsini dəstəkləyir.

30 qram günəbaxan tumu gündəlik E vitamini ehtiyacını qarşılamağa qadirdir.

Mütəxəssislər gün ərzində E vitamini ehtiyacını qarşılayan insanların ürək xəstəliklərinə yaxalanmaq riskinin yarıbayarı azaldığını bildirirlər.

Günəbaxan tumunun faydaları bununla da bitmir. Çünki bu faydalı qida göz sağlamlığının qorunması üçün də olduqca təsirlidir.

Günəbaxan tumunun tərkibindəki selen hüceyrələri qoruyur. 30 qram günəbaxan tumunun tərkibindəki selen kişilərin gündəlik selen ehtiyacının 24 faizini, qadınlarda isə 31 faizini ödəyir.

Günəbaxan tumu xolesterin səviyyəsinin aşağı düşməsinə səbəb olur. Bu qida doymamış yağlar ehtiva edir.

Sağlamlıq üçün çox faydalı olan bu yağlar bədəndə əzələ və toxuma inkişafına, həmçinin mövcud olan əzələlərin qorunmasına kömək edir.

Günəbaxan tumunun tərkibində mis, sink, dəmir və lif də var. Bunlar qırmızı qan hüceyrələrinin çoxalmasını təmin edərək bədənə oksigen daşınmasına, immunitet sisteminin qorunmasına, qan şəkərinin və qan xolesterin tarazlığının gözlənilməsinə və qəbizliyin önlənməsinə dəstək olur.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm