Xroniki ağrılar hörümçək zəhəri ilə müalicə ediləcək
Bizi izləyin

Sağlamlıq

Xroniki ağrılar hörümçək zəhəri ilə müalicə ediləcək

Hörümçək zəhərindən xroniki ağrıları yox etmək üçün istifadə edilə bilər.

Publika.az xəbər verir ki, Avstraliyanın Kvinslendski (Queensland) universitetinin alimləri 205 fərqli hörümçək növü üzərində apardıqları araşdırmanın nəticəsi olaraq bu qənaətə gəliblər. 82 növ hörümçəkdə ağrının beyinə çatdırılmasına mane olan molekullar aşkarlayan alimlər əldə etdikləri məlumat qarşısında şoka düşüblər.

Araşdırmanın rəhbəri professor Qlinn Kinq bu molekulların ağrıları yox etmək xüsusiyyətinə malik olduğunu bildirib. Daha doğrusu, həmin molekullar ağrının beyinə çatdırılmasında rol oynayan kanallara dolaraq prosesə maneçilik törədir, beləliklə, ağrı hiss edilmir.

Alimlər hazırda satışda xroniki ağrıları tamamilə aradan qaldırmağa kömək edən bir dərman növü olmadığını qeyd edirlər.

Qeyd edək ki, araşdırmanın nəticələri ən nüfuzlu elmi jurnallardan biri olan "British Journal of Pharmacology"də nəşr olunub.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm