Bağırsaqlarınızı alma suyu ilə qoruyun
Bizi izləyin

Sağlamlıq

Bağırsaqlarınızı alma suyu ilə qoruyun

Son illər həzm sistemi problemləri bir çox insanı narahat edir. Xüsusilə də bağırsaqların yaxşı işləməməsi və bu səbəbdən meydana gələn qəbizlik daha təhlükəli xəstəliklər üçün şərait yarada bilir. Uzun müddətli qəbizlik bağırsaq xərçənginin yaranmasına səbəb ola bilər.

Həzm sistemi ilə bağlı bütün problemləri həll etmək üçün alma suyu tövsiyə edilir.

Publika.az alma suyundan necə yararlana biləcəyinizi araşdırıb:

Alma suyunun tərkibindəki vitamin, mineral və liflər bağırsaqların və qaraciyərin təmizlənməsinə kömək edir.

Günə 1 stəkan alma suyu içərək başlayın. 30 dəqiqə sonra 1 stəkan ilıq su için. Bunu gündə 3 dəfə təkrarlayın. 3 gündən sonra həzm sisteminizin normal işlədiyini hiss edəcəksiniz. Özünüzü daha rahat hiss edəcək və yüngülləşəcəksiniz.

Mütəxəssislər alma suyu ilə müalicə zamanı quru yeməklərdən uzaq durmağı məsləhət bilirlər.

Qeyd edək ki, həzm sistemi və xüsusilə də bağırsaqlar üçün təkcə alma faydalı qida deyil. Bağırsaqları qatıqla da təmizləmək olar.

Qatığın tərkibindəki probiyotiklər bağırsağın fəaliyyətini yaxşılaşdırır və işini asanlaşdırır. Həmçinin həzm sistemində yaranan zərərli bakteriyaları da məhv edir.

Hər gün 1 kasa qatıq yemək məsləhət görülür. Qatığın içərisinə təzə meyvələr doğrayaraq onu daha dadlı edə bilərsiniz.

Bunların heç birini tətbiq edə bilmirsinizsə, adi su içərək sağlamlığınızın qayğısına qalın. Gündə 8 stəkan su içərək bağırsaqlarınızın sağlamlığını qoruya bilərsiniz. Su bədəndən toksinlərin atılmasına kömək edərək bütün orqanların daha sağlam olmasını təmin edir.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm