Ədviyyatların insanların davranışlarına təsiri haqda bilinməyənlər
Bizi izləyin

Sağlamlıq

Ədviyyatların insanların davranışlarına təsiri haqda bilinməyənlər

Ədviyyat xörəkləri daha ləziz edir, o cümlədən gözəl ətir bəxş edir. Ədviyyat vasitəsilə istənilən yeməyin dadını yaxşılaşdırmaq olar. Qədim dövrlərdə ədviyyat ən bahalı ərzaqlardan biri olub. Bəzi növləri qızıla bərabər qiymətləndirilib, çünki onları tapmaq çətin idi. Onların əksəriyyətinin müalicəvi xüsusiyyətləri var. Ədviyyatların başlıca məziyyəti antioksidantlar ehtiva etməsidir. Bu maddələr orqanizmdə insanın səhhətinə mənfi təsir edən sərbəst radikalların fəaliyyətinə mənfi təsir göstərir. Sərbəst radikallar orqanizmdə oksidləşdirici stress yaradır ki, bu da xərçəng, insult və diabet xəstəliklərin yaranmasına gətirib çıxara bilər.

Ədviyyat zehni fəaliyyəti yaxşılaşdırır və depressiyanı, stressi aradan qaldırır, insanı mənfi emosiyalardan xilas edir. İnanmırsınız? Onda yoxlayın! Publika.az müxtəlif məqamlarda köməyinizə gələcək ədviyyatları araşdırıb. Bu ədviyyatlar xörəklərinizi nəinki ləziz edəcək, həmçinin əhvalınızı xeyli yüksəldəcək.

Tərəddüd, acgözlük, depressiyalara meyillilik hallarında aşağıdakı ədvaları menyunuza daxil edin:

Qırmızı və qara istiot

Hil

Qərənfil

Zirə

Zəncəfil

Sarıkök

Qorxu, narahatlıq, həddindən artıq gərginlik hallarında bu ədvalara üstünlük verin:

Hil

Darçın

Qərənfil

Zirə

Xardal (toxumları).

Qəzəb, nifrət, paxıllıq hiss sizi bürüyəndə bu ədviyyatları rasiona daxil edin:

Kumin

Keşniş

Zəfəran

Sarıkök

Razyana.

Yaddaşı, zehni, intellekti inkişaf etdirməyə kömək edən ədviyyatlar bunlardır:

Tamarind

Qırmızı və qara istiot

Zəncəfil

Asafetida

Qərənfil

Hil.

Təfəkkürün çevikliyi, hazırcavablıq üçün bu ədvaları seçin:

Zəncəfil

Darçın

Qırmızı bibər

Hil.

Sabitlik, rahatlıq, sevgi, şəfqət, mərhəmə gətirən ədviyyatlar:

Keşniş

Zəfəran

Sarıkök,

Razyana

Vanil.

Ədviyyatların faydalı xassələrini qiymətləndirməmək mümkün deyil. Yalnız ehtiyatlı olun, bəzi ədviyyatların istifadəsində əks göstəriş var. Məsələn, ürək və şəkərli diabet xəstələrinə zirədən istifadə etmək olmaz. Hamilə xanımlara cirə, qərənfil, cəfəri, reyhan və zirinc kimi ədviyyatlardan istifadə etmək tövsiyə edilmir. Mədə xəstəliyindən əziyyət çəkənlərə sarıkök, keşniş, hil, zəncəfil qəbul etməyi məsləhət görmürlər. Əgər sizdə hansısa xroniki xəstəlik varsa, ən yaxşısı ədviyyatlarla bağlı həkimdən məsləhət alın.

A.ƏBDÜL

Oxumağa davam et
Reklam
Reklam

Gündəm