İnsult riskini artıran səbəblər
Bizi izləyin

Sağlamlıq

İnsult riskini artıran səbəblər

Türkiyənin məşhur beyin cərrahı, həkim Kağan Tun kəskin damar xəstəliyi olan insultun (beyinə qansızma) riskini artıran səbəblərdən danışıb.

Publika.az çox vaxt ölümlə nəticələnən bu problemlə üzləşməmək üçün Kağan Tunun məsləhətlərini təqdim edir:

Kağan Tun bildirir ki, beyində qansızma başın müəyyən bölgələrindəki zəif damarların cırılması nəticəsində meydana gəlir. Odur ki, beyində qansızmaya səbəb olan risk faktorlarına qarşı diqqətli davranmağı tövsiyə edir.

Cərrahın sözlərinə görə, qansızmaya səbəb olan risk faktorları arasında siqaret aludəçiliyi, köklük, təzyiq və şəkər xəstəliyi xüsusilə vurğulanmalıdır:

"Damarlarda anormallıq anadangəlmə də ola bilir, sonradan da qazanılır. Ümumiyyətlə, damar xəstəlikləri, beyin şişləri, qanın laxtalanmasına mane olan xəstəliklər, qanın laxtalanmasına maneə törədən dərmanlardan istifadə, yüksək təzyiq, şəkər xəstəliyi, yüksək xolesterin, köklük, siqaret aludəçiliyi kimi faktorlar insult riskini artırır. Həmçinin, yaş və hamiləlik də qansızma ehtimalını artıran səbəblər arasındadır. Yüksək təzyiq, şəkər və damar xəstəlikləri olan 50 yaşdan yuxarı insanların insult keçirməsi hər an gözləniləndir. Hamiləlik dövründə təzyiqin yüksəlməsi də bu riski artırır”.

Beyin cərrahı Kağan Tun qansızmanın müalicəsindən də danışıb: "Əgər insultun səbəbi damar xəstəliyi deyilsə, xəstəyə dəqiq diaqnoz qoyulmalı, qansızmanın yeri, miqdarı və beynə etdiyi təzyiq müəyyənləşdirilməlidir. Daha sonra bütün bunlar nəzərə alınaraq müalicə təyin olunmalıdır”.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm