Övladınızın dahi olmasını istəyirsinizsə, bu qaydalara əməl edin
Bizi izləyin

Sağlamlıq

Övladınızın dahi olmasını istəyirsinizsə, bu qaydalara əməl edin

Araşdırmalar zəkanın genetik olaraq keçdiyini sübuta yetirib. Ancaq iti zəkalı bir uşağın dünyaya gəlməsinə başqa faktorlar da təsir edə bilir. Xüsusilə, hamiləlik dövründə qidalanma tərzinizdə edəcəyiniz kiçik dəyişikliklər övladınızın daha ağılı və dərrakəli olmasına kömək edəcək. Unutmayın ki, təkcə qəbul etdiyiniz qidalar deyil, həmçinin sağlamlıq vəziyyətiniz və əhval-ruhiyyəniz də körpənin beyninin inkişafına təsir edir.

Publika.az övladının dahi olmasını arzulayan analar üçün 10 tövsiyəni təqdim edir:

1.Qalxanabənzər vəzi (tiroid) diqqətdə saxlayın

Qalxanabənzər vəzin zəif işləməsi ana namizədlərinə pis təsir etməklə yanaşı, ananın bətnindəki körpəyə də təsirsiz ötüşmür. Araşdırmalar belə anaların övladlarının zəkasının qalxanabənzər vəzində heç bir problem olmayan qadınların dünyaya gətirdikləri körpələrlə müqayisədə daha az olduğunu ortaya çıxarıblar. Ancak qalxanabənzər vəzin hormonlarının analizi bahalı bir prosedur olduğu üçün çox vaxt həkim bunu təklif etmir. Hava normal temperaturda olanda belə üşüyürsünüzsə, yorğunluq, diqqətsizlik, saç tökülməsi kimi problemlərlə üzləşmisinizsə, o zaman mütləq tiroit vəzinin analizini etdirin

2. Hərəkət edin

Hamiləlik zamanı mütəmadi olaraq yüngül idmanla məşğul olan analar dünyaya daha ağıllı uşaqlar gətirir. İdmanla məşğul olan və ümumiyyətlə, idmanla əlaqəsi olmayan 20 ananın və onların uşaqlarının iştirak etdiyi araşdırma bu faktı təsdiqləyib. Belə ki, 5 yaşındakı uşaqlara verilən sualların cavabları əsasında onların zəka səviyyəsi ölçülüb. Hamiləlik dövrünü hərəkətli keçirən, idmana vaxt ayıran anaların uşaqalırnın daha zəki olduğu üzə çıxıb.

3. İdeal miqdarda kökəlin

Həkimlər hamilə qadınların kökəlməsinin normal olduğunu bildirirlər. Ancaq hər bir qadın öz çəkisinin 20 faizi qədər kökələ bilər. Bundan az və ya çox kilo almaq körpənin beyin inkişafına mənfi təsir edir.

4. Dişlərinizin qayğısına qalın

Ananın dişində olan problem körpənin sağlamlığına pis təsir edir. Diş xəstəliklərinin ilk mərhələdə heç bir əlaməti olmadığı üçün 6 ayda bir həkim müayinəsindən keçmək lazımdır. Dişlərinizin qayğısına qalmasanız, körpənizin sağlamlığını riskə atacaqsınız. Üstəlik, onun zəkasının da az olmasının səbəbkarına çevriləcəksiniz.

5. Gündəlik vitamin ehtiyacınızı ödəyin

Hamilələr gündəlik vitamin ehtiyaclarını tam ödəməlidir. Xüsusilə də, B12 vitamini və dəmir mineralı çatışmazlığına qarşı diqqətli olmaq lazımdır. Bu vitaminləri kifayət qədər qəbul etməyən ana namizədlərinin dünyaya gətirdikləri körpələrin beyin inkişafı gecikir.

6. Gülümsəyin, xoşbəxt olun

Körpənin zəkasına ananın əhval-ruhiyyəsi də təsir edir. Siz özünüzü yaxşı hiss edəndə, körpəniz də özünü yaxşı hiss edir və bu, onun beyin funksiyalarının inkişafına kömək edir.

7. Qidalanma rejimizinə diqqət edin

Hamiləlik dövründə düzgün qidalanma rejiminə əməl etməlisiniz. Yedikləriniz körpənizin sağlamlığı və beyin inkişafına təsir edir. Xüsusilə də, kolin maddəsi ehtiva edən qidaları süfrənizdən əskik etməməlisiniz. Kolin beynin inkişafını sürətləndirən xüsusi bir maddədir. Bu maddə ən çox yumurta və qırmızı ətdə olur.

8. Stressdən və depressiyadan uzaq olun

Hamiləlik dövründə həyata keçirdiyiniz tədbirlər kifayət deyil. Körpənizi dünyaya gətirdikdən sonra da bəzi qaydalara əməl etməlisiniz. Stress və depressiyanı özünüzdən uzaqlaşdırın. 1200 ailənin iştirak etdiyi araşdırma sübut edib ki, uşağın 3 yaşına kimi olduğu dövrdə ana depressiya keçiribsə, bu bir sıra fəsadlara səbəb olur. Belə uşaqlarda danışıq və öyrənmə qabiliyyəti çox zəif olur.

9. Körpənizə ana südü verin

Ana südü körpənin sağlamlığı üçün əvəzedilməzdir. Ən az 6 ay körpəyə ana südü verməlisiniz. Ana südü körpənin zəkasına da müsbət təsir edir.

10. Körpəni dəmir ehtiva edən qidalarla təmin edin

Hamiləlik dövründə dəmir mineralı ilə zəngin qidalardan istifadə körpənizin zəkasına yaxşı təsir edəcək. Ancaq uşaq doğulandan sonra da dəmir ehtiyacı ödənməlidir. Ana südü körpəni dəmirlə təmin edir. Ancaq ana südü kəsildikdən sonra körpəyə verdiyiniz qidaların tərkibində mütləq dəmir olmasına diqqət edin.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm