ABŞ-da qubernator narkomanlara iynə payladı
Bizi izləyin

Sağlamlıq

ABŞ-da qubernator narkomanlara iynə payladı

HİV vurusunun yayılması epidemik proporsiyalara çatdığına görə ABŞ-da İndiana qubernatoru ştatın bəzi hissələrində ictimai səhiyyədə fövqəladə hal elan edib.

Publika.az-ın məlumatına görə, əsasən yoxsulların yaşadığı Sott County ərazisində son bir neçə həftə ərzində 79 yeni HİV-ə yoluxma qeydə alınıb. Halbuki əvvəllər orta hesabla ildə 5 hal qeydə alınırdı.

Bölgədə narkotik istifadəçiləri arasında bir iynənin bir neçə adam tərəfindən istifadəsi adi hal olduğundan qubernator narkomanlara pulsuz iynələrin paylanması haqqında göstəriş verib.

Qeyd edək ki, HİV - QİÇS xəstəliyinə yol aça bilən əsas virusdur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm