Yaşıl tərəvəzlərlə bağlı yeni iddia
Bizi izləyin

Sağlamlıq

Yaşıl tərəvəzlərlə bağlı yeni iddia

Yaşıl tərəvəzlər beyni gəncləşdirir.

Publika.az xəbər verir ki, ABŞ-da aparılan araşdırmalar bu qənaətə gəlməyə əsas verib. Çikaqo Universitetinin alimləri təsdiq edib ki, yaşıl tərəvəz beyni qoruyur və beyin hüceyrələrini yeniləyir. Elm adamları bu qəbildən ispanağın adını xüsusi qeyd edib.

Alimlər araşdırma məqsədilə 81 yaşında olan 950 nəfərin qidalanma rejimini izləyib. Gündə 1-2 boşqab ispanaq və bu qəbildən olan yaşıl tərəvəz yeyənlərin beyninin təxminən 11 il daha gənc qaldığı müşahidə edilib.

Yaşıl tərəvəzlər K vitamini, beta-karotin, fol turşusu, antioksidant baxımından zəngindir. Elm adamları bu vitamin və antioksidantların beyinə yaxşı təsir etdiyini vurğulayırlar.

Alzheimer kimi beyin xəstəliklərindən qorunmaq üçün yaşıl tərəvəz əvəzedilməz rol oynayır.

Xatırladaq ki, daha öncəki araşdırmalar yaşıl tərəvəzlərin əzələləri gücləndirdiyini sübut etmişdi.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm