Bahar yorğunluğunu aradan qaldıran qidalar
Bizi izləyin

Sağlamlıq

Bahar yorğunluğunu aradan qaldıran qidalar

Bahar bir çox gözəlliklərin başlanğıcı olsa da, özüylə birlikdə bir sıra problemlər də gətirir. Bu problemlərdən ən çox rastgəlinəni bahar yorğunluğudur. Mövsüm dəyişdikdən bəri özünüzü səbəbsiz yerə yorğun, halsız hiss edirsinizsə, deməli, sizdə də bahar yorğunluğunun simptomları var.

Publika.az bahar yorğunluğunu aradan qaldıran qidaları təqdim edir:

Tam taxıllar

Buğda, çovdar və yulaf kimi tam taxıl məhsullarından hazırlanan qidalar bahar yorğunluğunu aradan qaldırır. Belə qidalar liflə zəngin olur, yüksək nisbətdə B vitamini ehtiva edir. Ona görə də baharda tam taxıllı qidalar əsl dostunuza çevrilə bilər.

Qulançar

Ehtiva etdiyi probiyotik liflər sayəsində bağırsaqlarda yaşayan probiyotik bakteriyaların çoxalmalarını təmin edir. Həzm sisteminin işini yaxşılaşdırır, immuniteti gücləndirir.

Çərəzlər

E vitamini, lif, maqnezium və kalium yorğunluğun düşmənidir. Bu vitamin və minerallar ən çox çərəzlərin tərkibində olur. Xüsusilə, fındıq, badam və qoz ehtiva etdikləri omeqa-3 yağ turşuları səbəbiylə orqanizm üçün əsl şəfa anbarı hesab edilir. Gündə 1 ovuc çərəz yemək həm sağlamlığınıza yaxşı təsir göstərəcək, həm də baharı enerjili keçirməyinizə kömək edəcək.

Ananas

Yüksək miqdarda C vitamini ehtiva edən ananas bromalin adlı maddə ilə də zəngindir. Bu meyvəni mütəmadi olaraq yedikdə bədəndəki yağları parçalayır. Bahar aylarında həm yorğunluqdan, həm də selülitlərdən xilas olmaq üçün ananasa müraciət edə bilərsiniz.

Avokado

Avokado da vitamin və minerallar baxımından zəngindir. Həm də sağlamlıq üçün faydalı turşular ehtiva edir. Gündəlik vitamin ehtiyacını da, bədənin ehtiyac duyduğu yağ turşularının alınmasını da avokado təmin etmək iqtidarındadır. Odur ki, bahar yorğunluğunu aradan qaldıran qidalar arasında avokado da var.

Yaşıl tərəvəzlər

B vitamini və fol turşusu ilə zəngin olur. Bahar yorğunluğu probleminin ən yaxşı həlli edilir.

Göbələk

Araşdırmalar göbələkdə olan maddələrin insan orqanizmində daha çox seratonin hormonu istehsal edilməsinə təkan verdiyini ortaya çıxarıb. Bu hormon daha enerjili və aktiv olmağınız üçün əvəzsiz rol oynayır. Göbələk eyni zamanda zülal qaynağıdır.

Banan

Bananın ehtiva etdiyi yüksək miqdarda kalium yorğunluğu aradan qaldırır. Eyni zamanda xoşbəxtlik hormonunun daha çox ifraz edilməsinə səbəb olur.

Kefir

Kefir ehtiva etdiyi probiyotik bakteriyalar sayəsində immunitet sistemini gücləndirir. Bu da sizi bahar xəstəliklərindən, xüsusilə də, qripdən qoruyur. Güclü immunitet sistemi bahar yorğunluğuna məruz qalmamağınız üçün də önəmlidir.

Gül kələmi və brokkoli

Bu iki tərəvəz bahar yorğunluğunun əsl düşməni hesab edilir. A, E, C vitaminləri ilə zəngindirlər. Bu tərəvəzlərin tərkibində suforafen adlı antioksidant da var. Bu səbəblə bədəni toksinlərdən təmizləyərək daha gümrah hiss etməyinizə səbəb olurlar.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm