Xərçəngin dərmanı tapıldı
Bizi izləyin

Sağlamlıq

Xərçəngin dərmanı tapıldı

Norveç alimləri xərçəngə qarşı yeni dərman hazırlayıblar.

Belə ki, Bergen Universiteti alimlərinin hazırladıqları dərman preparatı primatlar üzərində uğurla sınaqdan keçirilib. Müəyyən olunub ki, yeni dərman preparatı xərçəngin gövdə hüceyrələrini blokadaya alır və onların siqnal sistemini məhv edir. Nəticədə xərçəng şişlərinin inkişafı yavaşıyır, müəyyən müddətdən sonra tamamilə dayanır. Alimlər bildirirlər ki, şiş nadir hallarda tamamilə çəkilir.

Alimlərin sözlərinə görə, preparatın tərkibinə xərçəngə qarşı preparatlarda əvvəllər də istifadə olunan maddələr ilə bərabər, mənşəyi Çindən olan dərman otlarının cövhərindən əldə edilən tamamilə yeni maddələr daxildir.

Yeni dərman müxtəlif növ onkolojı xəstəliklərə qarşı mübarizədə çox səmərəli olduğunu göstərsə də, onu xərçəngə qarşı digər preparatlar ilə birlikdə qəbul etmək lazımdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm