İmmuniteti gücləndirən, orqanizmi təmizləyən yaşıl detoks
Bizi izləyin

Sağlamlıq

İmmuniteti gücləndirən, orqanizmi təmizləyən yaşıl detoks

Müxtəlif meyvə və tərəvəzlərdən hazırlanan detoks yalnız orqanizmi şlaklardan təmizləmir, həm də bədəni lazım olan vitaminlərlə təmin edərək həzm sistemini yaxşılaşdırır. Qaraciyər sağlamlığını qoruyur, onun işini yaxşılaşdırır.

Üstəlik, Türkiyənin sağlamlıq mütəxəssisi Cenk Kıralın bahar ayları üçün təklif etdiyi bu detoksu çeynəmək problemi də yoxdur. Şirə şəklində hazırlanan və yaşıl tərəvəzlərdən hazırlanan detoksu içə bilməsəniz, içinə limon əlavə edin. Bu detoksu içdikdən sonra orqanizminiz sizə minnətdarlıq edəcək və bir çox orqanlar təmizlənəcək.

Səhər içilməsi məsləhət görülən və orqanizmi təmizləyən detoks hazırlamaq üçün sizə nə lazım olduğundan başlayaq.

Ərzaqlar:

1 ədəd yaşıl alma

1 ədəd limon

1 ədəd xiyar

1 ovuca qədər nanə yarpağı

Yarım çay qaşığı qədər zəncəfil

Hazırlanması: Alma və limonun qabıqları soyularaq şirə çəkənə atılır. Əgər almalar çox kiçikdirsə, 2 dənəsini atın. Üstünə zəncəfil əlavə edin.

Həftəlik təklif olunan detoks qarışığından səhər yuxudan qalxan kimi və günorta yeməyindən bir saat əvvəl gündə 2 stəkan içmək təklif olunur.

İmmunitet sistemini gücləndirən detoks

Ərzaqlar:

1 ədəd alma

3 sap kərəviz

4 kələm yarpağı

½ limon

1-1.5 sm soyulmuş zəncəfil kökü

Hazırlanması: Bu ərzaqları şirə çəkən maşına əlavə edib suyunu süzün. Detoks səhərlər oyanan kimi içilməlidir. Bədənə enerji verir, A, B və C vitaminləri ilə zəngin olduğu üçün immuniteti gücləndirir, orqanizmi toksinlərdən və zəhərli maddələrdən təmizləyir.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm