Bu bitkinin xərçəngə qalib gəldiyi iddia olundu
Bizi izləyin

Sağlamlıq

Bu bitkinin xərçəngə qalib gəldiyi iddia olundu

ABŞ hökumətinin dəstəklədiyi araşdırmaçılar şok bir iddia irəli sürüb. İddiaya görə, narkotik maddələrdən hesab olunan marixuana ilə xərçəng xəstəliyinə qalib gəlmək mümkündür.

Publika.az Britaniyanın “Independent” nəşrinə istinadən xəbər verir ki, Amerika Milli Narkotiklə Mübarizə İnstitutu marixuananın tibbi faydaları haqqında araşdırma aparıb.

Xəbərə görə, institut bu günə qədər heyvanlar üzərində apardığı təcrübələrdə marixuananın xərçəng hüceyrələrini kiçiltdiyini və tədricən məhv etmək qabiliyyətinin olduğunu açıqlayıb. Aparılan təcrübələrdə xüsusilə beyin şişlərinin böyük ölçüdə kiçildiyi iddia edilir.

Mövzunun Konqresə çıxarılmasının hələ tez olduğu hesab olunsa da, ABŞ-ın bəzi ştatlarında marixuanadan istifadənin qanuni olduğu bildirilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm