Təbiətin bəxş etdiyi möcüzə: Quava
Bizi izləyin

Sağlamlıq

Təbiətin bəxş etdiyi möcüzə: Quava

Təbiətin möcüzəsi adlanan quava bir çox ölkədə, xüsusilə də Asiya ölkələrində yetişir.

Demək olar ki, bütün vitaminlər, minerallar və antioksidantlar quavanın tərkibində var. Bu meyvə onlarla xəstəliyin qarşısını alır, eyni zamanda, gənclik və gözəllik iksiri kimi tanınır.

Bu meyvəni çiy halda yemək mümkündür. Ancaq cemi və mürəbbəsi daha dadlı olur.

Quavadan salat da hazırlamaq olar. Cəfəri, zeytun yağı, duz və qara istiotla qarışdırıb yeməyin yanında salat kimi təqdim edə bilərsiniz.

Quava tropik meyvə olsa da, tez xarab olmur və əlavə kimyəvi maddələrə ehtiyac duymadan günlərlə mineral və vitaminlərini saxlayır.

Quavanın faydaları

Quava arıqlamaq istəyənlərin sevimli meyvəsidir. Bol miqdarda lif və mineral maddələr ehtiva edir. Xolesterinin səviyyəsini nizamlayır. Meyvənin karbohidrat miqdarı çox azdır. Alma, portağal, üzüm kimi meyvələrdən daha az şəkər ehtiva edir. Tox tutma xüsusiyyəti var.

Quava A vitamini mənbəyidir. Ona görə də göz sağlamlığı üçün əhəmiyyətlidir. Xüsusilə də gözü kataraktdan qorumaqda təsirlidir.

Quava xərçəng hüceyrələrinin meydana gəlməsinə və inkişafına mane olur.

Quavanın yarpağından hazırlanan yağ bir çox xərçəng dərmanından daha təsirlidir.

Meyvənin tərkibindəki likopen prostat xərçənginin qarşısının alınmasında da effektlidir.

Portağaldan 4 dəfə çox C vitamini ehtiva edən quava orqanizmi infeksion xəstəliklərindən də müdafiə edir.

İshala qarşı istifadə edilir. Bağırsaqlara yaxşı təsir edir.

Quavanın tərkibindəki mis tiroid vəzi üçün faydalıdır. B3 və B6 vitamini ilə zəngin olan quava beyin sağlamlığı üçün də əhəmiyyətlidir.

Quava meyvəsi ən çox öskürəyə və soyuqdəyməyə xeyirdir. Ona görə də öskürək və qrip üçün nəzərdə tutulan dərmanların tərkibinə əlavə edilir.

Quava insulinin səviyyəsinin daim nizamda saxladığı üçün şəkər xəstələri üçün də faydalı hesab edilir.

Quava yarpaqlarının diş ağrısını kəsdiyi və diş əti problemlərini aradan qaldırdığı bilinir.

Tərkibindəki fol turşusu qadınların hamilə qalmaq şansını artırır.

Banandakı qədər kalium ehtiva edən quava həm də maqnezium anbarıdır. Ona görə də stress və əsəb xəstəliklərində yaxşı təsir göstərir.

Əzələlərin və sinir sisteminin rahatlaşmasını təmin etdiyi üçün ağır idmandan sonra quava yemək məsləhətdir.

Quava ilə gözəlləşin

Quava antioksidantlarla da zəngindir. Tam dəyməmiş quava meyvəsi və quava yarpaqları əsl gənclik iksiridir. Qırışlardan, ləkələrdən və sızanaqlardan xilas olmaq üçün quavadan istifadə etmək olar. Qara nöqtələrə qarşı da təsirlidir. Sadəcə bu meyvənin özünü və yarpağını blenderdən keçirib üzə çəkmək və 10 dəqiqə sonra üzü ilıq suyla yumaq lazımdır. Bunu həftədə iki tətbiq etmək məsləhət görülür.

Təəssüf ki, ölkəmizdə bu meyvəni tapmaq qeyri-mümkündür. Əgər onun faydalarından yararlanmaq istəyirsinizsə, həkiminizlə məsləhətləşib tərkibində quava olan vitamin həblərindən istifadə edə bilərsiniz.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm