Cennifer Lopezi ideal çəkidə saxlayan möcüzəvi kokteyl - Resept
Bizi izləyin

Sağlamlıq

Cennifer Lopezi ideal çəkidə saxlayan möcüzəvi kokteyl - Resept

45 yaşında olmasına baxmayaraq, gənc həmkarlarını qısqandıracaq dərəcədə gözəl və baxımlı olan Cennifer Lopez ideal çəkidə qalmasının daha bir sirrini açıb.

Əvvəllər bu barədə verilən suallara “Vegeterianam və gündə 5 saat idman edirəm”, - deyə cavab verən Cey Lo indi də hər gün içdiyi möcüzəvi içkinin reseptini sevənləriylə paylaşıb.

Gözəl ulduzun sözlərinə görə, bu içkini hər səhər içdikdə maddələr mübadiləsi sürətlənir və orqanizm daha çox kalori xərcləməli olur.

Kokteylin bir stəkanı 100 kaloridir. Buna baxmayaraq, o, gündəlik zülal, lif ehtiyacının 30 faizini qarşılayır.

İnsana enerji verir, gün boyu yaxşı hiss etməyə səbəb olur.

Bəs qərb mediasında “Cey Lo kokteyli” adlanan bu qida necə hazırlanır?

Publika.az Cennifer Lopez kimi sağlam və ideal görünmək istəyənlər üçün içkinin reseptini təqdim edir:

2 stəkan çiyələk

1 stəkan böyürtkən

1 stəkan moruq

1 stəkan qatıq

1 çay qaşığı darçın

2 xörək qaşığı bal

1 çay qaşığı limon suyu

Yarım stəkan buz

Bu qidaların hamısını kokteyl blenderının içərisinə töküb püre halına gətirin.

Nahar yeməyi əvəzinə bu kokteyli için.

Nuş olsun!

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm