Sağlamlıq
Ən xeyirli yay meyvələri
Yay aylarında insanın iştahası azalır. Yağlı yeməklərin yerini isə salatlar və meyvələr alır. Yay meyvələrinin insan orqanizminə faydalarını isə saymaqla bitməz.
Publika.az ən xeyirli yay meyvələrini təqdim edir:
Qarpız: Bu giləmeyvənin tərkibində likopen və antioksidant var. Xüsusilə arıqlamaq istəyənlərə gün ərzində 3-4 dilim qarpız yemək məsləhətlidir. Toxluq hissi verən qarpızın tərkibində su çoxdur, kalorisi isə azdır.
Şaftalı: Onu yeyən insanların bədəndəki zəhərli
maddələrin atılması prosesi sürətlənir. Su, mineral duzlar və şəkər
baxımından zəngindir. Xüsusilə, qoxulu şaftalı almaq lazımdır.
Ürək ritminin pozulması, qan azlığı zamanı yemək tövsiyə edilir.
Şafatlı dərini qidalandırır və hüceyrələrin yenilənməsinə kömək
edir. B və C vitamini mənbəyi olan şaftalı, kalsium baxımından
zəngindir. Tərkibində A vitamini, kalsium, maqnezium, natrium,
dəmir və fosfor mineralları var.
Şaftalı dərini nəmləndirməklə yanaşı ağızda olan pis qoxunu
azaldır, qurd xəstəliyini müalicə edir, həzmi asanlaşdırır və sidik
yollarını təmizləyir. Həmçinin öd kisəsi və böyrəklərə yaxşı təsir
göstərir. Qanı zəhərlərdən təmizləyir, bədənin xəstəliklərə qarşı
müqavimətini artırır və sinirləri sakitləşdirərək yuxusuzluq
problemini aradan qaldırır.
Alça: Onun tərkibində antioksidant maddəsi çoxdur. Detoks etmək gücü ilə tanınan əhəmiyyətli bir meyvədir. Kalorisi azdır, kökəlmək qorxusu olmadan istədiyiniz qədər yeyə bilərsiniz.
Ərik: O kalium mənbəyi hesab olunur. Tərkibində C vitamini, çox sayda flavonoid, lif və beta-karotin var.
Üzüm: Çox güclü antioksidantlardan ibarət xeyirli yay giləmeyvələrindən biridir. Xüsusilə, qara üzüm faydalıdır.
Çiyələk, albalı, kimi yay meyvələri də sağlamlıq baxımından olduqca faydalı hesab olunur. Ancaq onların kalorisi daha çoxdur. Ancaq buna baxmayaraq, gündə 10 ədəd çiyələk, 20 ədəd albalı yeyə bilərsiniz.
-
ABŞ03:13
Komaya düşən qalmaqallı bloqer ÖLDÜ
-
Səhiyyə02:42
Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin
-
MDB00:00
Putinə indi məruzə edildi, Şoyquya isə əvvəlcədən deyilib
-
Nida Xəbər 23 Aprel 23:48
Nazirlər Kabinetindən YENİ SİYAHI - Kimlərin adları var?
-
Magazin123 Aprel 23:36
Tünzalə imicini dəyişdi - FOTO