Mövsüm allergiyasına qarşı çay
Bizi izləyin

Sağlamlıq

Mövsüm allergiyasına qarşı çay

Doktor Ömər Coşqun mövsüm allergiyası olanlara may çobanyastığı çayı təklif edir.

Ömər Coşqun başlıca olaraq mövsüm dəyişikliklərində ortaya çıxan tozcuqların allergiyaya səbəb olduğunu qeyd edib. O, “May çobanyastığı allergik reaksiyalarda təsirli bitkidir. Çobanyastığının iltihab azaldıcı xüsusiyyəti var. Həmin xüsusiyyəti allergiya əmələ gəlməsinin qarşısını alır, mikrobların inkişafını əngəlləyir. Bu bitki, həmçinin, dərinin təmizlənməsi, sızanaq əmələ gəlməsi, üzdə şişkinlik kimi problemlərə də çox faydalıdır" - deyib.

Doktor Ömər Coşqun çayın dəmlənmə qaydasını da deyib. Onun sözlərinə görə, bir çay qaşığı çobanyastığı çiçəyini qaynar suda dəmləyib süzdükdən sonra içmək lazımdır. May çobanyastığı çayından gün ərzində 2-3 stəkan içmək olar.

Çobanyastığı çiçəyinin saxlanma müddəti nə qədərdir?

Həkim deyib ki, "Çayın təsirini itirməməsi üçün qaynadılmadan hazırlanmalıdır. Çobanyastığının faydası bitkinin toplanması və qurudulma şərtlərinə görə dəyişir. Yanlış qurudulma üsulları bitkilərin faydalarının azalmasına yol açır. Çobanyastığı çiçəyi toplandıqdan sonrakı bir il müddətində istifadəyə yararlıdır" - deyə bildirib.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm