Bu meyvə qadınlarda cinsi istəyi artırır
Bizi izləyin

Sağlamlıq

Bu meyvə qadınlarda cinsi istəyi artırır

Qadınlarda cinsi istəksizlik son zamanlarda olduqca geniş yayılmış problemdir. Cinsi istəksizliyin səbəbləri əsasən psixoloji preblemlərlə izah olunsa da, onun həlli meyvələrdə, bəzi bitkilərdə və ədviyyatlardadır. Cinsi istəksizlik bitkilərlə müalicə edilir.

Publika.az bir çox insanın nikahını və ailə səadətini sarsıdan cinsi istəksizliyi aradan qaldıran qidaları təqdim edib. İydə çiçəyi və quru əncir genital bölgədəki qan dövranını sürətləndirərək qadınlarda cinsi istəyi çoxaldır.

Cinsi gücü və istəyi artıran resept:

Bu resepti əsasən may və iyun aylarında etmək lazımdır. Çünki iydə çiçəyini ancaq o dövrdə tapmaq mümkündür. Quru halda aldığınız iydə çiçəyindən istifadə etmək olmaz. Quru əncirin içini açın. İçərisinə 7 ədəd iydə çiçəyini qoyun. Sübh, günorta, axşam və gecə yatmazdan əvvəl 1 ədəd bu şəkildə hazırlanmış əncir və iydə çiçəyini yeyin. Gündə 4 ədəd əncir və 28 ədəd iydə çiçəyi yeyilməlidir. 1 həftədən sonra həm özünüzü gümrah hiss edəcəksiniz, həm də özünüzdəki dəyişikliyə inanmayacaqsınız.

Əncirin sümüklər üçün də faydalı olduğunu bilirdiniz?

Əncir sümük sağlamlığı üçün lazım olan vitamin və minerallarla zəngindir. Bir kasa əncirdə 180 milliqram kalsium, C və K vitamini var.

Təzə əncirin kalorisi yüksək deyil, ancaq lif baxımından zəngindir. Buna görə də pəhriz saxlayanlar üçün doyumlu meyvədir.

Əncir ürək xəstəliyinin müalicəsi üçün gözəl şəfaverici dərmandır. Bundan başqa, əncirin meyvələri soyuqdəymə zamanı baş verən döş-boğaz ağrılarını, eləcə də quru öskürək iltihabını aradan qaldıran və ağrıkəsən təsirə malikdir. Əncirin sidikqovucu xassəsi də var. Ümumiyyətlə, əncir meyvəsinin doşabı qanazlığı zamanı və zəifləmiş orqanizm üçün çox xeyirlidir.

Əncirin yarpağı da ürək xəstəlikləri üçün gözəl dərmandır. Onun qurudulmuş yarpaqlarının çayı ürək ağrılarını götürür. Qan təzyiqini aşağı salır və ürəyin fəaliyyətini tənzimləyir.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm