Prostat probleminin həlli
Bizi izləyin

Sağlamlıq

Prostat probleminin həlli

Həftədə 3 saat sürətli yeriş prostat xərçəngi müalicəsindən sonra yaranan şikayətləri azaldır.

ABŞ-ın Şimal-Qərb Universitetinin professoru Siobhan Fillips prostat xərçəngi müalicəsi ilə bağlı araşdırma aparıb. Araşdırmada 51 mindən çox adamın analizləri təhlil olunub. Publika.az xarici mətbuata istinadən xəbər verir ki, prostat xərçəngi müalicəsi ilə bağlı aparılan araşdırmanın nəticələri "Journal of Cancer Survivorship: Research and Practice" jurnalında dərc olunub.

O, həftədə 3 saatlıq yerişin prostat xərçəngindən əziyyət çəkən xəstələrdə müsbət nəticələr verdiyini bildirib. Yerişin müalicədən sonra bu xəstələrdə tez-tez rastgəlinən yorğunluq, depressiya, artıq çəki və sidik qaçırmaq kimi şikayətləri əhəmiyyətli dərəcədə azaltdığını vurğulayıb.

Ağırlıq qaldırmayın

Fillips sürətli yerişin üzgüçülük, velosipedlə gəzmək, tennis kimi idman növlərindən daha təsirli olduğunu vurğulayıb. Bu cür yerişə 5-10 dəqiqəlik qısamüddətli gəzinti ilə başlayıb, yavaş-yavaş, mərhələli şəkildə artırılması təklif edilir.

Pillips sidiyini saxlaya bilməyən insanların ağırlıq qaldırmamasını da söyləyib.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm