Sağlamlıq
Təzyiqdən əziyyət çəkənlər üçün çuğundur şirəsi

Yüksək təzyiq damarları və ürəyi sıradan çıxaran ciddi problemdir. İnfarkt, iflic, böyrək xəstəliklərinin əsas səbəblərindən biri yüksək təzyiqdir.
Ona görə də yüksək qan təzyiqiylə mübarizə aparmaq lazımdır.
Yüksək təzyiqdən əziyyət çəkənlər həkimdən dərman tövsiyəsi alıb mütəmadi olaraq onlardan istifadə edə bilərlər.
Ancaq təzyiqiniz hərdən yüksəlirsə, bu zaman çuğundurdan faydalana bilərsiniz.
Çuğundur A, C və B vitaminləri ilə zəngindir. Çuğundurun yarpaqları ispanaqdan daha çox dəmir ehtiva edir. Çuğundur maqnezium, kalsium, natrium, mis və fosfor anbarıdır.
Çuğundur şirəsinin yüksək təzyiqə faydalı olduğu elmi araşdırmalarla sübuta yetirilib.
250 ml. çuğundur suyu 24 saat ərzində təzyiqi normal səviyyəyə salır.
Ona görə də həkimlər ürək və damarların sağlamlığı üçün çuğundur şirəsi içməyi tövsiyə edirlər.
Çuğundur suyu qandakı nitrik oksidinin səviyyəsini artıraraq qanı duruldur. Mütəmadi olaraq çuğundur şirəsi içməklə yanaşı yeməklərdə və salatlarda da çuğundurdan bol miqdarda istifadə etmək lazımdır.
Kiçik çuğundurların qida dəyəri daha yüksəkdir. Ona görə də çuğundur şirəsi xırda çuğundurlardan əldə edilməlidir.
Çuğundurları soyuq suyla yuyun və üzərindəki torpağı əlinizlə ovalayaraq təmizləyin.
Qida dəyərinin azalmaması üçün qabıqlarını soymadan istifadə edin. Çuğundur şirəsini hazırlayarkən tərəvəzin yarpaqlarından da istifadə edin. Onun yarpaqları önəmli minerallar ehtiva edir. Yarpaqları salatlara da əlavə etmək olar.
Təkcə çuğundur şirəsi içmək səsin batmasına səbəb ola bilər. Çuğundur şirəsinin dadı da xoşagəlməz olur. Ona görə də cəfəri, kök, alma, xiyar, ispanaq kimi tərəvəz və meyvələrin şirələriylə yarı-yarıya qarışdırıb içmək lazımdır.
Ləman Sultan

-
Region14:57
İmamoğludan yeni mesaj: xalqa səslənərək elan etdi
-
Region14:19
Ədalət dəyənəyi ilə İmamoğluya hücum edirlər - Özgür Özəl
-
Hadisə13:59
Əli Kərimlinin mühafizəçisi saxlanıldı
-
Dünya13:22
İstanbulda etirazçılar bələdiyyə binasına girdilər - ANBAAN VİDEO
-
Avropa11:20
Leyen uğursuzluğa düçar oldu: ABŞ onun çıxışlarına məhəl qoymur
-
Dünya10:20
Papadan xəbər var: müqəddəs taxt-tacdan imtina...
-
Sosial09:55
Tanışınız, dostunuzun nömrəsindən mesaj gələ bilər... - DİN-dən xəbərdarlıq
-
Dünya07:55
İsrailin ən böyük hava limanına ballistik raket atıldı