Ətyeyən bitkiylə əməliyyat izləri yox ediləcək
Bizi izləyin

Sağlamlıq

Ətyeyən bitkiylə əməliyyat izləri yox ediləcək

Amerikada aparılan araşdırmalar zamanı “Günəş gülü” adlı ətyeyən bitkinin ovunu öldürmək üçün istifadə etdiyi yapışqan maddənin faydaları araşdırılıb.

Beləliklə, ətyeyən bitkinin zədə almış insan toxumalarını bərpa edə biləcəyi ortaya çıxıb.

Çünki bu bitkinin yarpaqlarındakı yapışqan maye bədəndə həll olur və toxumalara daxil olaraq onları bərpa edir.

Bu maye əsasən, sinir, sümük, əzələ toxumalarını bərpa edə bilir.

Alimlər bildirirlər ki, ilk növbədə bu mayedən toxumaları bir-birinə yapışdırmaq üçün istifadə ediləcək. Xəstəyə həkimlər tərəfindən müdaxilə edildikdən sonra bədənə vurulan maye sağalma prosesini sürətləndirəcək.

Həkimlər əməliyyat izlərini yox etmək üçün də bu mayedən istifadə edə biləcəklər.

Hələlik tədqiqatlar davam edir.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm