Sağlamlıq
Varikozdan xilas olmağın yolları
Varikoz damarların genişlənməsi nəticəsində yaranan və həyat keyfiyyətini aşağı salan xəstəlikdir.
Dünya əhalisinin 15-20 faizi bu xəstəlikdən əziyyət çəkir. Bu, o deməkdir ki, hər 5 - 6 nəfərdən birində varikoz xəstəliyi var.
Bu xəstəliyin yaranma səbəbləri üzərində çoxlu müzakirələr gedir. Həkimlər yanlış qidalanma və pis vərdişlərin varikoz yaradan səbəblər arasında olduğunu bildirsələr də, xəstəliyin genetik keçməsi də müşahidə edilir.
Ancaq qidalanma vərdişlərini dəyişərək və bir neçə qaydaya əməl edərək varikozun inkişafının qarşısını almaq olar.
Türkiyəli ürək və damar cərrahı doktor Məmməd Ümid Ergenoğlu həm estetik baxımdan, həm də sağlamlıq cəhətdən ciddi problemlərə səbəb olan varikozdan qorunmaq üçün önəmli məsləhətlər verib.
Publika.az həkimin varikozdan xilas edən məsləhətlərini təqdim edir.
Balıq, təzə tərəvəz və bol miqdarda meyvə yemək çox vacibdir.
Lifli tərəvəz və meyvələr yedikdə qəbizliyin qarşısı alınır. Beləliklə, qəbizlik damarlara güc salmır və varikoza səbəb olan faktorlardan biri aradan qaldırılmış olur.
Albalı və böyürtkən varikozun əsl düşməni hesab edilir. Hər iki meyvə həm varikozdan qoruyur, həm də yaranmış varikozun ağır mərhələyə keçməsinə mane olur.
Bu meyvələrin ehtiva etdikləri antioksidantlar damarların strukturunu gücləndirir və onları zərərli maddələrin təsirindən qoruyur.
Zəncəfil, soğan və sarımsaq da varikoza qarşı təsirlidir.
Şəkər, dondurma, cipsi, tütün, duz, spirt və qızarmış qidalardan uzaq durmaq lazımdır.
Hər gün idmanla məşğul olmaq varikoz riskini azaldır.
Sürətli yeriş, üzmək və velosiped sürmək qan dövranını sürətləndirdiyi üçün varikozla mübarizə aparmağınıza kömək edir.
Yaşınıza və boyunuza uyğun bədən ağırlığında qalsanız, varikozdan əziyyət çəkmək riskiniz aşağı düşər.
Artıq kilo ayaqlara həddən artıq yük düşməsinə səbəb olur ki, bu da varikoz səbəbidir.
Bütün bunlarla yanaşı bəzi kiçik nüanslara da diqqət yetirmək lazımdır.
Dar geyimləri qarderobunuza daxil etməyin. Çünki belə geyimlər qan dövranına mane olaraq varikoz üçün münbit şərait yaradır.
Bel bölgəsinə təzyiq edən dar kəmər və dar şalvarları da istifadə etməyin.
Gündə ən az bir dəfə uzanın və hər iki ayağınızı yuxarı qaldıraraq 20 dəqiqə dincəlin.
Uzun müddət ayaq üstdə qalmayın, eyni zamanda saatlarla oturmaq da zərərlidir.
Oturarkən ayaqlarınızı bir-birinin üzərinə aşırmayın. Ağır əşyalar qaldırmayın.
Genişləmiş damarlarınızı qaşımayın. Unutmayın ki, belə damarlar incəlib, dəri səthinə yaxınlaşdığı üçün infeksiya keçməsi riski olduqca yüksəkdir. Xüsusilə uzun müddət varikozdan əziyyət çəkənlər bu problemdən xilas olmaq üçün müəyyən tədbirlər almaqla yanaşı dəriyə qulluq etməyə də əhəmiyyət verməlidirlər.
Gündə 1-2 dəfə qıçları soyuq suyla masaj edin.
Bu, qan dövranına yaxşı təsir edəcək.
Duşdan sonra qıçlara yumşaldıcı krem çəkərək həm dərinin qidalanmasını təmin edin, həm də masaj vasitəsilə qan dövranını sürətləndirin.
Ləman Sultan
-
Kriminal03:30
Sumqayıtda DƏHŞƏT: oğul ata-anasını qətlə yetirdi - YENİLƏNDİ
-
Magazin202:22
Məşhur model çimərlikdə çılpaq pozalar verdi - FOTO
-
Nəqliyyat01:00
ŞOK İDDİA: Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - VİDEO
-
Magazin100:45
“Səhvlərinizin əllərindən öpün”
-
MDB00:30
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
-
Qoroskop00:15
Günün ULDUZ FALI: münasibətlər gərginləşə bilər
-
MDB18 Aprel 23:12
Bu ölkədə falçı və cadugərlərlə bağlı SƏRT QƏRAR VERİLƏCƏK
-
Magazin118 Aprel 22:48
Məşhur xanəndə ONLARI QINADI: "Bu saat necə gəldi geyinirlər" - FOTO