Ən populyar 7 pəhriz haqqında
Bizi izləyin

Sağlamlıq

Ən populyar 7 pəhriz haqqında

Arıqlamaq və ideal çəkidə qalmaq üçün milyonlarla insan səy göstərir. Pəhriz saxlamaq bu insanların həyat tərzinə çevrilib.

Pəhrizə maraq göstərən milyonlarla insanı nəzər alan diyetoloqlar fürsətdən istifadə edərək demək olar ki, hər il yeni bir pəhriz növü yaradırlar.

Publika.az hazırda dünyada ən populyar olan pəhriz növlərini araşdırıb.

1.Karatay pəhrizi

Karatay pəhrizinin qaydaları digər pəhrizlərə nəzərən daha asandır. Əsas şərt qlisemik indeksi aşağı olan qidalar yeməkdir. Ona görə də bu pəhrizi saxlayanlar çətinlik çəkmədən arıqlaya bilirlər.

Dukan pəhrizi

Ən məşhur pəhrizlərdən biri də sağlam qidalanma mütəxəssisi Pyer Dukanın adını daşıyan pəhrizdir. Bu pəhrizdə yağı, duzu və şəkəri menyunuzdan çıxarmalısınız. Bol miqdarda yulaf kəpəyi yeməlisiniz.

Pəhriz 4 mərhələdən ibarətdir: başlanğıc, gözləmə, gücləndirmə, qoruma.

Bikini pəhrizi

Sağlam qidalanmaqla yanaşı, idmanın da əhəmiyyətini vurğulayan pəhrizdir.

Bu pəhriz az kalorili qidalar yeməyi təlqin edir.

Ağdəniz pəhrizi

Ağdəniz pəhrizi daha sağlam qidalanmağı nəzərdə tutur. Təbiətdə təbii şəkildə yetişən, GMO-suz meyvə və tərəvəzlər yemək əsas şərtdir.

Ağ ət, yəni toyuq və balıq əti yeməyə icazə var. Yeməklərə və salatlara zeytun yağı əlavə etmək olar.

İsveç pəhrizi

İsveç pəhrizini maksimum 13 gün saxlamaq olar. Pəhriz 3 aydan bir təkrarlanır. Az kalorili, zülallarla zəngin qidalar yemək lazımdır.

Məqsəd maddələr mübadiləsini sürətləndirməkdir.

Zülal pəhrizi

Bu pəhriz adətən 10 gün üçün nəzərdə tutulur. Hər gün ayrı bir zülal mənbəyi ilə qidalanmaq tələb olunur.

“Cənub çimərliyi” pəhrizi

Gün ərzində 3 əsas, 2 ara yeməkdən ibarət pəhriz sistemidir.

Pəhrizlə yanaşı idmanla məşğul olmaq da vacibdir.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm