Hüceyrələri yeniləyib cavanlaşdıran bitkilər
Bizi izləyin

Sağlamlıq

Hüceyrələri yeniləyib cavanlaşdıran bitkilər

Müasir dövrün sürətli, stressli həyatı, pis qidalanma, ətraf mühitin çirklənməsi, hərəkətsizlik vaxtını daha çox kompüter qarşısında keçirən insanlara təsir edir. Sadalanan problemlərdən ancaq bitkilər sayəsində xilas olmaq olar. Publika.az dəri hüceyrələrini yeniləyən qidaların və bitkilərin siyahısını təqdim edir:

Müasir həyat tərzi dəri hüceyrələrinə ziyan verir. Gənc görünüşün sirri, əlbəttə ki, dəri hüceyrələrinin quruluşu ilə əlaqəlidir. Hüceyrələr zərər gördükdə 30 yaşından sonra qocalma prosesi sürətlənir. Dəri daha solğun görünür və qırışlar yaranmağa başlayır. Təbiətdəki bir çox bitki və bəzi meyvələr, xüsusilə onlardan əldə edilən yağlar dəri üçün bu mənada çox dəyərlidir. Dəri hüceyrələrini gücləndirən, yeniləyən, hamar görüntü verən bu bitkilər hüceyrələri yeniləyir, qocalma prosesini ləngidir, bədənin uzun illər gənc qalmasının əsasını qoyur.

Limon qabığındakı uçucu yağlar yağlı və məsaməli, o cümlədən qara nöqtələrin müalicəsində istifadə edilir. Dərinin qocalmasına qarşı da təsirlidir. Limon qabığını qanqal toxumunun yağı ilə birlikdə qarışdırıb üzə çəkin. Bu maska dəriyə təravət və parlaqlıq verir. İkisindən 3 damcı bir qaba töküb, qarışdırıb gecə yatmazdan əvvəl üzünüzə sürtün.

Nar meyvəsinin çəyirdəyindən əldə edilən nar yağı da hüceyrələri yeniləyir. Dəri hüceyrələrini yeniləyərək dərini cavanlaşdırır. Gənc, quru, yağlı, yorğun, ya da problemli olan hər tipdə dərili xanımlar istifadə edə bilər.

Ərik də cavanlaşdırcı xüsusiyyəti ilə tanınır. Ərik yağında dəri üçün son dərəcə dəyərli olan bir çox təbii maddələr var. Nar yağı quru dərilər başda olmaqla, hər dəri tipi üçün istifadə edilir. Nar yağı dərinin qocalmasına mane olur, məsamələri sıxlaşdırır və elastikliyi təmin edir.

Üzüm çəyirdəyi yağı isə dərini ekoloji təsirlərdən qoruyur, hüceyrələrin təzələnməsinə kömək edərək dərini hamar edir və yumşaldır. Qırışları azaldan bu yağın ənənəvi distillə olunmuş variantını istifadə etməlisiniz.

Arıların çiçəklərdən topladığı sarı tumurcuqlarda, yəni, tozcuqda uzun ömür və cavan dəri üçün hər şey var! Hüceyrələri daim yenilənən bu təbii məhsulu – balı mətbəxinizdən əskik etməyin. Hər səhər 1 çay qaşığı bal yeyin.

Dərinizin ehtiyaclarını nəzərə alaraq gül, lavanda və portağal qabığının yağları ilə bədəninizi silin.

Badımın tərkibi isə E vitamini ilə zəngindir. Bu çərəzin yağı dərinin elastikliyi üçün əvəzsizdir. Dərini sərbəst radikallardan qoruyur. Hər gün 10 ədəd badam yemək məsləhət görülür.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm