Yağları əridib orqanizmi gümrahlaşdıran detoks
Bizi izləyin

Sağlamlıq

Yağları əridib orqanizmi gümrahlaşdıran detoks

Yay yaxınlaşdıqca cinsindən asılı olmayaraq, hər kəsi eyni problem düşündürür. Hamı arıqlamağın yollarını axtarır.

Publika.az mövzu ilə əlaqədar olaraq sağlam qidalanma mütəxəssisi İbrahim Saraçoğlunun qarın yağlarını əridən tövsiyələrini təqdim edir:

Ağ kələm və cəfəri suyu

Ərzaqlar: Təzə cəfəri, kələm və təzə sıxılmış limon suyu.

Əvvəla, təzə və kiçik yarpaqlı cəfəriləri seçməlisiniz. Bazardan alacağınız kələm isə iri və sarımtıl yarpaqlı kələm olmalıdır.

Bu detoksun suyu toxluq hissi verir. Ağ kələm ilə birlikdə istifadə edilən cəfəri və limon suyu isə möcüzəli təsiri ilə insanı gümrahlaşdırır.

Yarım litr xlorsuz suyu qaynadın. Kələm yarpaqlarından 4 dənəsini doğramadan, bir az parçalayaraq qaynayan suya atın. Təxminən 3 dəqiqə zəif odda ağzı bağlı olmaq şərti ilə qaynadın. 3 dəqiqə sonra əlavə olaraq yarım dəstə təzə yaşıl və gövdəsi ilə birlikdə cəfəriləri də tökün. Burada 4 ədəd kələm yarpağına 20-25 ədəd cəfəri əlavə etməlisən. Ağzı qapalı şəkildə əlavə olaraq 2 dəqiqə də qaynadın. 5 dəqiqədən sonra kənara qoyub soyumasını gözləyin. Sonra tərəvəzləri sıxaraq suyunu süzün. Tənzifdən keçirdiyiniz suyu bankaya boşaldın.

Suyu içməzdən əvvəl bankaya deyil, içdiyiniz stəkana 2 yemək qaşığı limon suyu əlavə edərək gündə üç dəfə için. Ac qarnına və ya yeməklərdən ən az iki saat sonra içmək lazımdır.

Qarışığı 7 gün olmaqla hər gün təzə halda için.

Daha sonra 3 gün fasilə verin. 7 gün təkrar edin, 3 gün yenidən fasilə verin .Nəhayət, bütövlükdə 21 günə tamamlayın.

Detoksu il ərzində 2-3 dəfə tətbiq etmək olar. Xüsusilə, baharda özünüzü mövsüm dəyişikliyinə hazırlamaq üçün təklif olunur. Bu detoksun digər bir mühüm xüsusiyyəti də digər bəzi zəifləmə üsullarında olduğu kimi, detoks müddəti bitdikdən sonra yediyinizə diqqət etməlisiniz.

Detoksdan əlavə, hər gecə ən az yarım saat gəzin.

Bundan əlavə, qarın yağlarını əritməkdə olduqca effektli sayılan təbii pomidor suyunu günortadan sonra içmək məsləhətdir. Amma pomidorların təzə və dərmansız olması lazımdır.

Səhər qalxdıqda da cəfəri limon suyu için.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm