Bu xəstəliklər cinsi münasibətləri bitirir
Bizi izləyin

Sağlamlıq

Bu xəstəliklər cinsi münasibətləri bitirir

Eyş-işrətlə bağlı məlumatsızlıq, batil inanclar və cinsi münasibətlər haqqında səhv fikirlər cinsi problemlərə yol açan ən mühüm səbəblərdir. Bundan başqa, bəzi xəstəliklər, istifadə edilən dərmanların əks təsirləri və başqa problemlər cinsi münasibətlərə mənfi təsir edir.

Seks və nəticələri ilə bağlı batil inanclar cinsəllik haqqında mənfi hisslər yarada bilər.

Cinsəl problem adətən cinsi arzuları təzyiq altında saxlamaqla meydana gəlir. Hər hansı bir cinsi problem cütlüyün hər ikisinə də təsir göstərir. Bu səbəbdən eyş-işrətlə bağlı maariflənmək, cinsi arzuları təbiətin bir qanunu kimi qəbul etmək lazımdır. İnsanın yemək və digər təbii ehtiyacları nə qədər normal qarşılanırsa, cinsəl arzuları da normaldır. Cütlüklər aralarında yaranmış bu kimi problemləri bir-biriləri ilə bölüşərək və ya ünsiyyət quraraq həll etməyə çalışmalıdır. Mütəxəssislər bildirir ki, cinsi problemlərin çoxu fərdlərin həyat yoldaşları arasındakı ünsiyyət sayəsində düzəlir. Cütlüklər aralarında problemləri bir-biri ilə bölüşməli, duyğu və düşüncələr ifadə edilməli və bir-birini anlamağa çalışmalıdır. Əgər ciddi problemlər varsa, mütləq həkim müalicəsi lazım ola bilər.

Münasibətdə xanıma etibar etməmək, yoldaşına qarşı qəzəbli və ya küskün olmaq da cinsi problemlərə səbəb ola bilər.

İnsanın özünü dəyərsiz hesab etməsi və bəyənməməsi onu cinsi münasibətlərdən uzaqlaşdıra bilər.

Yorğunluq və ya yerin rahat olmaması da intim münasibətlərə təsir edir.

Alkoqol və bəzi dərmanlar ehtirası öldürə, yaxud intim münasibətlərdən soyuda bilər.

Xəstəlik, qəza kimi hallar cinsi istəksizliyə yol aça bilər.

Ünsiyyət qurun

Cinsi problemlər başqa səbəblərdən də qaynaqlanır. Məsələn, cinsi əlaqədə olmaq istəyi ərlə-arvad arasında fərqli ola bilər. Bunun özü də bir cinsi problem sayılır.

Bu xəstəliklər cinsi münasibətləri bitirir

Hər hansı bir xəstəliyiniz varsa və bunun fərqində deyilsinizsə, cinsi həyatınızda problemlər qaçılmaz olur.

İnfeksiyalar: Seks prosesi ağrılı olacağı üçün cinsi istək azalır.

Ağır qaraciyər və böyrək xəstəlikləri: Bu xəstələrdə bədən yorğun və halsız olur. Xəstəlik cinsi istəklərə mənfi istiqamətdə təsir edir.

Nevroloji xəstəliklər: Sinir xəstəlikləri də insanda cinsi istəyi azaldır.

Psixoloji xəstəliklər: Xüsusilə depressiya vəziyyətində xəstədə cinsi istək və arzuların azaldığı müşahidə olunur.

Şəkər xəstəliyi: Cinsi istəksizlik ən çox şəkər xəstələrində rast gəlinir. Bir çox orqan kimi cinsi arzu və istək də azalır.

Yaşlılıq və klimaks: Uşaqlıq yolunda yaranan quruluq, ağrılı münasibət və yaşla yaranan xəstəliklər qadınları intim münasibətlərdən soyudur.

Onkoloji xəstəliklər: Xəstə həm psixoloji, həm fiziki travmaya (əməliyyat, kimyaterapiya, radioterapiya) məruz qaldığı üçün cinsi istək azalır.

Fidan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm