Gənc və sağlam qalmaq istəyənlər üçün faydalı məsləhətlər
Bizi izləyin

Sağlamlıq

Gənc və sağlam qalmaq istəyənlər üçün faydalı məsləhətlər

Qaçış nəyə yaxşı təsir göstərir?

Hər gün 30 dəqiqəlik idman və qaçış bədən və ruh sağlamlığının qorunması, ürək-damar xəstəlikləri, diabet, bağırsaq və döş xərçəngi riskini azaltmaq üçün çox əhəmiyyətlidir.

Hər gün 30 dəqiqə gəzməklə xəstəliklərdən xilas olun!

Ümumdünya Səhiyyə Təşkilatı: "Hərəkət et!"

Qaçış xoşbəxtlik hormonu kimi tanınan endorfin fermentinin ifraz olunmasına təkan verir, fiziki və ruhi xəstəliklərin qarşısının alınmasında ilk sırada gəlir. ÜST həftənin 5 günü ən az 30 dəqiqə idman etməyi məsləhət görür.

Hərəkətsiz həyatın yol açdığı sağlamlıq problemləri

İdmandan uzaq olan, hərəkətsiz həyat tərzi yaşayan insanların bağırsaq və döş xərçənginə tutulma riski daha çoxdur.

Hərəkətli və dinamik həyat tərzi 2-ci tip diabetin əsas səbəbi olan insulin müqavimətini qarşısını alır. Son aparılan araşdırmaya görə, televiziya qarşısında keçirilən hər iki saat diabet xəstəliyinin yaranma riskini artırır. Mütəmadi olaraq açıq havada gəzmək bu xəstəliyi 50 faiz azaldır.

"Nurses Health Study" Sağlamlıq Mərkəzinin apardığı geniş miqyaslı və uzun müddətli araşdırmaya görə, həftədə 3 saat və ya daha çox (gündə orta hesabla yarım saat) məşq edən insanların infarkt keçirmə riski 50 faiz azalır.

Əzələlər kimi sümüklər də mineral tərkibini və möhkəmliyini qorumaq üçün mütəmadi olaraq məşqə ehtiyac duyur. Hərəkətsiz insanlarda sümüklər daha sürətlə zəifləyir.

Hərəkətsizlik əzələ toxumasının azalmasına, hətta pozulmasına yol açır, qan dövranı zəifləyir. Bu da insanın ən adi ehtiyaclarını, işlərini təkbaşına edə bilməməsi ilə nəticələnə bilər. Ayaqlar və əllər zəiflədiyi üçün geyinmək, yemək, hərəkət etmək çətinləşir.

Fiziki cəhətdən fəal olmayan insanlarda depressiyaya düşmək riski daha yüksəkdir. Məşqlər duyğu dalğalanmasını azaldaraq emosional sağlamlığı qoruyur.

Gündəlik iş, məktəb və ya ailə həyatında yaşanılan gərginliklər stressə səbəb olur. Qapalı mühitlərdə qalmaq və hərəkətsiz həyat tərzi bu stressin getdikcə artmasına yol açır. Bu stressdən templi yürüməklə uzaqlaşmaq olar. Templi yürümək stressdən qaynaqlanan yuxu kimi problemləri aradan qaldırır.

Hər gün mütəmadi olaraq yürümək bədənə güc və enerji verdiyi üçün stress və gərginlik bədəndən rahatlıqla atılır.

Hərəkətsizliyin səbəb olduğu ən önəmli problemlərdən biri də artıq çəkidir. Hər gün 1 saatlıq qaçış kökəlmənin qarşısını alır. Templi yürümək yağları yandıraraq gözəl bədən quruluşuna nail olmağınızı təmin edir. Eyni zamanda, qanda xolesterinin səviyyəsinin də aşağı düşməsinə yardımçı olur.

Qaçış və açıq havada gəzmək immunitet sistemini qüvvətləndirir, qrip və soyuqdəymə kimi xəstəliklərə qarşı orqanizmin daha müqavimətli olmasını təmin edir.

Bundan başqa, açıq havada gəzmək və qaçış dərinin də elastikliyini qoruyur, əzələləri gəncləşdirir.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm