Hansı qan qrupu daha risklidir?
Bizi izləyin

Sağlamlıq

Hansı qan qrupu daha risklidir?

55.000 nəfər üzərində aparılan tədqiqatın nəticələri qan qrupları ilə bağlı bir sıra maraqlı həqiqətləri üzə çıxarıb. Amerika Milli Sağlamlıq İnstitutundan həkim Araş Etemadinin müəllifi olduğu həmin araşdırmalar göstərib ki, 1-ci qan qrupundan olan şəxslərin xərçəng və bir çox xəstəlik üçün daha az risk daşıdığı məlum olub. Qan təhlilləri göstərib ki, digər qan qrupundan olanlar arasında ölüm hallarına daha çox rast gəlinir.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, qan qrupuyla mədə xərçəngi arasındakı əlaqə də araşdırılıb. Nəticələrdə digər qruplardan fərqli olaraq, 1-ci qan qrupundan olanların 55 faiz daha az mədə xərçəngindən əziyyət çəkdiyi üzə çıxıb.

Lakin bu, 1-ci qan qrupunun xəstələnməyəcəyinə dair zəmanət vermir. Qidalanma, idman kimi bir sıra mühüm amillər 1-ci qan qrupundan olanların xəstəliyə yaxalanma faizinə təsir edir.

Aparılan araşdırmaya görə, xərçəng və qan qrupları arasındakı əlaqə belədir:

Döş xərçəngindən əziyyət çəkən qadınlar arasında aparılan araşdırmalar göstərib ki, 1-ci və 3-cü qan qrupundan olanlarda müalicə prosesi daha uğurlu olur.

Beyin şişlərinə - bir çox beyin və sinir sistemi xərçəngi daha çox 2-ci və 4-cü qan qrupundan olan insanlarda rast gəlinir.

Uşaqlıq xərçənginə də 2-ci və 4-cü qan qruplarında rast gəlinir.

Bağırsaq xərçənginin bəzi növlərində qan qrupu həlledici rol oynamır. Bağırsaq xərçənginə yol açan ən mühüm amillər həyat tərzi və qidalanmadır.

Həzm yolu xərçəngi - dodaq, dil, yanaq, diş əti, yemək borusu xərçəngi, tüpürcək vəzilərində şişlərin 2-ci və 4-cü qan qrupları ilə daha yaxın əlaqəsi var. Bu xərçənglərin çoxu öz-özünə yaranır. Siqareti tərgidib, spirti azaltmaq və pəhriz saxlamaq sözügedən xəstəliyin riskini minimuma endirir.

Mədə xərçəngi: 55 min nəfərin üzərində aparılmış tədqiqatın nəticələrinə görə, mədə xərçənginə 2-ci, 3-cü və 4-cü qan qruplarında rast gəlinir.

Mədəaltı vəzin xərçəngi: Mədəaltı vəzin, qaraciyərin, öd kisəsinin və öd yolunun xərçəngi güclü immun sisteminə malik 1-ci qruplarda nadir rast gəlinəndir. 2-ci və 3-cü qan qrupu isə, əksinə, bu xərçəng növündə də ən çox risk daşıyıcısıdır.

Limfa və leykemiya: Bu xərçəng növünə 1-ci qruplar meylli olurlar. Qan və limfada inkişaf edən şişlər bəzən 1-ci qan qruplarına da təsir edir.

Dəri və sümük: Dəri xərçəng növü ən çox 1-ci qan qrupunda rast gəlinir. Bu xərçəng xəstəliyinə qarşı 1-ci və 3-cü qan qrupundan olanlar müqavimət göstərə bilmir.

Sidik kisəsinin xərçəngi: Sidik kisəsinin xərçənginə ən çox 2-ci və 3-cü qruplarda rast gəlinir. 4-cü qan qrupu da böyük ehtimalla ən yüksək risk daşıyıcısıdır.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm