Mədə ağrısını aradan qaldırmağın təbii üsulları
Bizi izləyin

Sağlamlıq

Mədə ağrısını aradan qaldırmağın təbii üsulları

Müasir dövrün ən böyük problemlərindən biri də mədə xəstəlikləridir. Səbəbi də məlumdur: “Fast-food” qidaları, yağlı, duzlu yeməklər mədənin funksiyasına ziyan vurur.

Bəs, mədə xəstəliklərindən qorunmaq və mədə ağrısından xilas olmaq üçün nə etmək lazımdır?

İsveçli alim Alfred Voqel bu problemlərdən əziyyət çəkənlərə bir neçə məsləhət verib.

Əgər mədəniz yemək yedikdən sonra ağrıyırsa, yeməyi harada yediyinizə diqqət edin. Ofisdə əsla yemək yeməyin. İşin stressindən uzaqlaşmalı və yeməyinizi rahat şəkildə yeməlisiniz. Bəzən insan özünü yorğun və enerjisiz hiss etdikdə yemək yeməli olduğunu düşünür. Əgər həqiqətən ac deyilsinizsə, yeməyin.

Xörəkləri çox isti və ya soyuq halda yemək olmaz. İsti yeməyin ardınca soyuq bir şey yeməyin.

Qidaları çoxlu çeynədikdən sonra udun.

Ağ şəkər tozunu qəhvəyi olanla əvəz edin. Bu, mədənin həzm etmə qabiliyyətini artırır.

Sirkə mədədəki turşuluğu artırır. Ona görə də, salatlara sirkə əlavə etməyiniz məsləhət deyil.

Əgər mədənizdə yanğı hiss edirsinizsə, isti suyun içərisinə çiy kartof doğrayın. Bir müddət gözlədikdən sonra həmin suyu süzüb için. Alternativ olaraq kök və ya kələm şirəsi də içə bilərsiniz.

Əvvəllər südün mədə üçün faydalı olduğu hesab edilirdi. Ancaq son illər aparılan araşdırmalar göstərdi ki, süd mədəyə faydalı deyil. Hətta həzm sisteminə pis təsir edən qidalardan biridir. Ona görə də, süd əvəzinə qatıqdan istifadə etməyiniz məsləhətdir.

Qatıq bağırsaqların işini asanlaşdırır. Bu da həzm sisteminin yaxşı işləməsinə təsir edir. Qatığı yeməklərdən öncə yeyin.

Mədənin düşmənlərindən biri də qəhvədir. Mədə problemləri ilə üzləşənlər qəhvədən uzaq durmalıdırlar. Onun əvəzinə meyvə və tərəvəz şirələri için.

Bu qaydalara əməl etməyinizə baxmayaraq, mədəniz yenə ağrıyırsa, həkimə müraciət edin.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm