Stresslə mübarizə aparan qidalar
Bizi izləyin

Sağlamlıq

Stresslə mübarizə aparan qidalar

Müasir dövrdə stressiz bir gün keçirmək, demək olar ki, mümkünsüzdür.

Bir çox xəstəliklərin yaranmasına gətirib çıxaran stress insanın sosial həyatına da mənfi təsir edir. Ancaq hər problem kimi stressin də çarəsini təbiətdə axtarmaq lazımdır.

Özünüzü gərgin hiss edəndə qidalardan kömək ala bilərsiniz. Bir çox meyvə və tərəvəzlər stresslə mübarizə aparmağa kömək edir. Buna səbəb bəzi qidaların bədəndəki hormon səviyyələrini nizamlaması və stress hormonunu azaltmasıdır.

Lavanda və ya çobanyastığı

Hər iki bitkinin qoxusu insanı sakitləşdirir. Bu bitkilərin çayı da stressə qarşı təsirlidir.

Tünd şokolad

Tərkibinin 70-80 faizi kakao olan tünd şokolad insanı xoşbəxt edir. İsveçrədə aparılan araşdırmalar zamanı 2 həftə ərzində hər gün 28.3 qram şokolad yeyən insanlarda stress hormonunun səviyyəsinin aşağı düşdüyü müşahidə edilib.

Karbohidratlar

Karbohidratlar stressi azaldan serotonin hormonunun daha çox istehsal edilməsinə təkan verir. Serotonin səviyyəsi artanda insan stressdən azad olur, özünü dinc hiss edir.

Ancaq karbohidrat kökəlməyə səbəb olduğu və ürək-damar xəstəliklərinə gətirib çıxara bildiyi üçün diqqətli olmaq lazımdır.

Karbohidratı makaron, çörək kimi zərərli qidalardan deyil, tam taxıllı qidalardan və meyvələrdən əldə etmək məsləhətdir.

Avokado

Avokadonun ehtiva etdiyi omeqa 3 yağ turşusu diqqəti artırır, stressi və gərginliyi azaldır.

Yağlı balıq

Yağlı balıqlar da omeqa 3 yağ turşuları ilə zəngin olurlar. Yağlı balıqlar nəinki, stressi önləyir, hətta depressiyadan çıxmağa da kömək edir.

Qızıl balıq, ton balığı, siyənək balığı ən faydalı yağlı balıq növləri hesab edilirlər.

İsti süd

Süd əzələləri rahatlaşdırır, insanı sakitləşdirir. Hər gecə yatmazdan öncə 1 stəkan isti süd içsəniz, daha tez yuxuya gedər və rahat yatarsınız.

Çərəzlər

Çərəzlər B vitamini baxımından çox zəngindirlər. Eyni zamanda yağ turşuları da ehtiva edirlər. B vitamini stressin azalmasına kömək edir. Püstə, qoz, badam eyni zamanda yüksək qan təzyiqinə qarşı da təsirlidir.

Artıq çəki istəmirsinizsə, çərəzi gündə bir ovucdan artıq yeməyin.

C vitamini

C vitamini də stressi azaldan möcüzəvi təsirə malikdir. Gündə 3000 mg. C vitamini qəbul edən insanlarda stress hormonu kortizolun səviyyəsi aşağı düşür. Ona görə də, mövsümə uyğun olaraq C vitamini ilə zəngin sitrus meyvələrindən və ya çiyələk, qarpızdan istifadə edə bilərsiniz.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm