Ginekoloji əməliyyatlar artıb
Bizi izləyin

Səhiyyə

Ginekoloji əməliyyatlar artıb

2016-cı ilin 8 ayı ərzində Bakı Sağlamlıq Mərkəzində (BSM)7225 xəstə müalicə və müayinədən sonra sağalma ilə evə yazılıb. Bu isə keçən ilin müvafiq dövrü ilə müqayisədə 13,1 % çoxdur.

Publika.az xəbər verir ki, bu barədə BSM-in hesabatında bildirilib.

Hesabatda bildirilib ki, 7225 xəstədən 1800 nəfəri doğum şöbəsindən, 1752 nəfəri endokrinologiya şöbəsindən, 1001 nəfəri terapiya şöbəsindən, 971 nəfəri cərrahiyyə şöbəsindən, 904 nəfəri nevrologiya şöbəsindən, 618 nəfəri Burun Qulaq Boğaz şöbəsindən, 92 nəfəri Yeni doğulmuşların patologiyası şöbəsindən evə yazılıb.

Bakı Sağlamlıq Mərkəzində 2016- cı ilin 8 ayı ərzində 2116 əməliyyat icra edilib. Əməliyyatların sayı 2015-ci ilin 8 ayı ilə müqayisədə 34% artıb. Burun Qulaq Boğaz əməliyyatları 8%, cərrahiyyə əməliyyatları 19,2%, ginekoloji əməliyyatlar 6,8% artıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm