Professor intiharların şok səbəblərini açıqladı
Bizi izləyin

Səhiyyə

Professor intiharların şok səbəblərini açıqladı

“Son vaxtlar intihar hadisələri çoxalıb, depressiyaların sayı artıb. Həmçinin, stresslə əlaqədar olan xəstliklər – “psixosomatik xəstəliklər” adlandırılan qruplarda artım var”.

“Son vaxtlar intihar hadisələri çoxalıb, depressiyaların sayı artıb. Həmçinin, stresslə əlaqədar olan xəstliklər – “psixosomatik xəstəliklər” adlandırılan qruplarda artım var”.

Publika.az xəbər verir ki, bu sözləri Azərbaycan Tibb Universitetinin psixiatriya kafedrasının professoru Nadir İsmayılov deyib.

Onun sözlərinə görə, şizofreniya, epilepsiya xəstələrinin sayında artım müşahidə olunmur: "Ümumiyyətlə, deməliyəm ki, cəmiyyətdə baş verən hadisələrin bu cür xəstəliklərin sayının artımına təsiri çox böyükdür. Psixiatrlara müraciətlərin artması da bunu sübut edir. Mənim bəzən o qədər xəstəm olur ki, müraciət etdiyi gün onları qəbul edə bilmirəm. Hazırda Maştağadakı psixoloji mərkəz 1850 çarpayılıq olsa da, orada 2200 xəstə var".

İntiharların artmasına toxunan N.İsmayılov vurğulayıb ki, əlimizdə rəsmi statistika olmasa da, yayılan xəbərlərdən, müxtəlif məlumatlardan intiharların sayının günü-gündən artdığını görürük: “Bəlkə də əvvəlki dövrlərə nisbətən 5-6 dəfə artdığını deyə bilərik. İntiharların əsas səbəbi ictimai problemlərlə bağlıdır. Məsələn, çox insanlar banklara borclarını qaytara bilmədiklərinə görə depressiyaya düşürlər. Bəzən ailə büdcəsi aşağı olan insanlar arzuladıqları həyat tərzini sürə bilmədiklərinə görə depressiyaya düşürlər, bu cür hallar onların psixikasına mənfi təsir göstərir. Yəni, əsasən maddi sıxıntılar insanların psixikasında ciddi narahatlıq yaradır.

Digər tərəfdən, ailə-məişət zəminində də intiharlar və xüsusilə qətl hadisələrinin də artdığını görürük. Bəzən internet, sosial şəbəkələr, mobil telefonların yaratdığı imkanlar ailə münaqişələrinə çevrilir. Fikir verin, 5 il əvvələdək ailə quranların yalnız bir neçə faizi ayrılırdı. İndi isə cütlüklər arasında boşananların sayı 30 faizə yüksəlib.

Bunların da hamısının psixoloji səbəbləri var. Araşdıranda, çox hissəsinin müasir yaşayış tərzinə və iqtisadi amillərə bağlandığını görürük”.

Psixiart depressiyadan qorunma yollarından da danışıb. O bildirib ki, bu məsələdə ən önəmli məqam düzgün rejimli həyat tərzidir: “İnsan hər gün düzgün qidalanmalı, idman etməlidir. Həm fiziki, həm də mənəvi baxımdan istirahəti təmin etmək lazımdır, yəni kitab oxumaq, təmiz havada gəzmək vacibdir. Əlbəttə, internetin mənfi təsirləri mövcuddur. Təəssüf ki, bu məsələdə heç bir normaya əməl edilmir. Gənclər normadan qat-qat artıq internetdə olurlar, saatlarla, bəzən sutkalarla şəbəkədə olurlar. Uşaqlar üçün biz gündə 2 saatı norma kimi qəbul edə bilərik”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm