Bakı Medical Plazadan ittihamlara cavab: Yalansa...
Bizi izləyin

Səhiyyə

Bakı Medical Plazadan ittihamlara cavab: Yalansa...

Kilınikadan ittihamlara cavab gecikməyib.

Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun həkimi, eyni zamanda Bakı Medical Plazada döş qəfəsi üzrə cərrah kimi çalışan Cəmil Ələkbərov klinikayı rüşvətxorluqda ittiham edib. Publika.az İnterpress.az-a istinadən xəbər verir ki, o, kilinikanın baş həkiminin müavini Feyzulla Qasımovun ondan müəyyən miqdarda pul təlb etdiyini iddia edib.

İttihamda kilinikanın baş həkiminin müavini Feyzulla Qasımovun ondan müəyyən miqdarda pul təlэb etdiyi bildirilib.

Qarşılığında isə Cəmil Ələkbərovu Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda sahəsi üzrə şöbə müdiri vəzifəsinə təyin ediləcəyini qeyd edib.

Bu barədə məlumatı Bakı Medical Plazanın cərrahı Cəmil Ələkbərov öz şəxsi Facebook səhifəsində də paylaşıb.

İnterpress.az həmin paylaşımını təqdim edir.

Bakı Medical Plazadan ittihamlara cavab: Yalansa...

Məsələ ilə bağlı İnterpress.az Bakı Medical Plazanın baş həkim müavini Feyzulla Qasımovla əlaqə saxlayıb. O, bildirib ki, bütün bunlar cəfəngiyyatdır. Bu ittihamın onun və kilinikasının adına qara yaxmaq istəyən qüvvələrin işi olduğunu bildirib.

Bakı Medical Plazadan ittihamlara cavab: Yalansa...

“Yazılanların hamısı böhtandır. Cəmil Ələkbərov saxtakardır. Mən ona belə bir təklif etməmişəm. Onun kimə nə qədər pul verməsi prosesində də iştirakçı olmamışam. O, pulu Natiq adlı şəxsə verib. Həmin bu Natiq adlı şəxs uşağının ayağında problem olduğu üçün bizə müraciət edib. Həkim kimi vəzifəmi yerinə yetirib adiyyatı üzrə cərrahlara konsultasiya üçün yönləndirdim. Sonradan Natiqlə necə tanış olub, bunu bilmirəm. Bunlar bir-biri ilə kəndçi çıxıblar. Cəmil həkimin dediyinə görə, ona 10 min manat pul verib. Sonra əlavə olaraq, 30 min verib ki, atasını işə düzəltsin. Özü rüşvətlə işə düzəlir. Başqalarını da, rüşvət almaqda ittiham edir. Həmin Natiq adlı şəxs nə onu vəzifəyə qoyub, nə də ki pulunu qaytarıb. Belə olan halda mənim onu Natiqə yönlədirməyimdən istifadə edib şər atır ki, pulun 10 min manatını guya mənə verib. Mən kiməm ki, işə adam düzəldim. Mənim oğluma da, böhtan atır. Mən onu məhkəməyə verəcəyəm. Onun pulundan xəbərimiz varsa, onun qıldığı namaz ona və balalarına qənim olsun. Onu oxuduğu Qurana tapşırıram. Mənim Natiq adlı şəxslə heç bir əlaqəm yoxdur. Əvvəl qeyd edib ki, 10 min manat verib. Sonra isə Bakı şəhər Baş Prokurorluğuna məbləğin 60 min manat olduğunu qeyd edib. İttihamına görə, bu hadisə 4 ay bundan öncə baş verib. Dünən də sosial şəbəkədə bizi ittiham edib. İndi onun kəndçisi pulunu qaytarmır. Cəmil həkimə deyən lazımdır ki, bu vaxta kimi nə oldu səsin çıxmadı, indi bizi ittiham edirsən? Həmin o Natiq deyilən şəxs hüquq - mühafizə orqanları tərəfindən axtarışdadır. O şəxs həbs olunandan sonra hər şey üzə çıxacaq.”

Bakı Medical Plazadan ittihamlara cavab: Yalansa...

İnterpress.az məsələdə adı hallanan Bakı Medical Plazanın ümumi cərrahı Rəşad Cəfərovla da əlaqə saxlayıb. Rəşad Cəfərov dostu və həmkarı Cəmil Ələkbərovun onu ittiham etməsini belə izah edib ki, ondan yalandan şahidlik etməyini istəyib:
“Bakı şəhər Baş Prokuroluğuna mənim, damar cərrahı Tengiz Cəlilovun və bizim köməkçi Mikayıl Xankişiyevin adını verib. İstər Natiq adlı şəxsə istərsə də, baş həkimin müavini Feyzulla Qasımovun üzünə durub, yalandan şahidlik etməyimizi istəyir ki, guya pul verəndə biz də yanında olmuşuq. Axı mənim yanımda olmayan bir iş üçün necə şahidlik edə bilərəm? Bunu etmədiyim üçün bu məsələdə mənim də adımı hallandırır. İnsanı səbəbsiz yerə günahlandırmaq haqsızlıqdır. Mən Cəmil həkimi 2003-cü ildən tanımışam, biz ailələlikcə dost olmuşuq. Mənim haqqımda sosial şəbəkədə status yazması yaraşmayan hərəkətdir. Biz çox yaxın dost olmuşuq. Mənim Feyzulla həkimin yalandan üzünə durmadığıma görə bu hərəkəti edib. Bunun başqa adı yoxdur”.

P.S. Cəmil həkim rüşvət verib vəzifəyə keçmək istəyirdiz. Bu hansı qanuna uyğundur? Rüşvət verən də, alan da eyni məsuliyyəti daşıyır.

Gülşanə Mustafayeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm