Səhiyyə
Ana bətnindəki dölə qan köçürüldü - Azərbaycanda İLK
Respublikada ilk dəfə olaraq ana bətnində dölə qan köçürülüb. Azərbaycan Tibb Universitetinin mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, bu ilkə ATU-nun Tədris Cərrahiyyə Klinikasının ginekologiya şöbəsinin müdiri Uzman Dr. Turab Canbaxışov imza atıb.
T.Canbaxışov bildirib ki, pasiyent 1 həftə əvvəl klinikaya müraciət
edib. Daha əvvəl başqa bir klinikada hamiləliyi izlənilən pasientə
ultrasəs müayinəsi zamanı dölün qarnına su yığıldığı deyilib.
Bununla bərabər dəri və dərialtı toxumalara su yığıldığı üçün ödəm
başlayıb. Döldə belə vəziyyət, adətən, qan uyğunsuzluğu, rezus
uyğunsuzluğu və ya viral problem əsnasında yaranır. Bundan başqa
analizlər nəticəsində virus və virus antitellərinə rast gəlindiyi
də deyilib: "Eyni simptomları biz də müşahidə etdik. Müayinə etdik
və virus antitellərinə qarşı da analiz götürdük. Ancaq analizlərin
nəticəsi mənfi çıxdı. Tək problem qan uyğunsuzluğu idi. Qan
qrupunun uyğunsuzluğunu ana bətnində ikən aşkar etmək çətin olur.
Buna baxmayaraq, analizlərin cavabı müsbət çıxdı. Dopler müayinəsi
zamanı uşağa ciddi anemiya diaqnozu qoyuldu. Ciddi anemiya olduğu
üçün müalicənin yeganə üsulu ana bətnində dölə qan köçürülməsidir.
Dölün çəkisinə, həftəsinə və hemoqlobin dəyərinə görə ümumi miqdar
hesablanır və qan köçürülür. Biz bu prosesi uğurla həyata
keçirdik".
Həkim qeyd edib ki, dölün bu həftəsinə görə hemoqlobin dəyəri
normada 14-15 g/dl olmalıdır: "Bizim müayinə etdiyimiz döldə isə bu
dəyər qanköçürmədən əvvəl 7.5 g/dl olub. Biz dölə xüsusi qaydada
yeni hazırlanmış eritrosit kütləsindən 96 ml qan köçürdük. Bu
məhlulu verdikdən sonra dölün qan dövranındaki hemoqlobin dəyəri
11.7 g/dl oldu. Hazırda dölün vəziyyəti yaxşıdır. 1 həftə ərzində
döldə olan ödemin çəkilməsini gözləyəcəyik. Əgər lazım gələrsə, bu
proseduru hamiləliyin sonuna qədər 2-4 həftə aralıqla daha 2 dəfə
edəcəyik."
-
Sosial19:46
Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi - FOTO
-
Kriminal19:12
Borcu ödəməmək üçün tanışını öldürdü
-
Magazin118:48
Röya Ayxan bu tarixdə ƏRƏ GEDİR - VİDEO
-
Səhiyyə18:12
Azərbaycanda uşaqlarla bağlı yeni tibbi mərkəz YARADILDI - FOTO
-
Avropa17:28
Bu ölkə Rusiyanı hədələdi: Şəhərlərinizi bombalayarıq
-
Region17:00
İrandan növbəti hədə: Görün SEPAH İsraili nə ilə qorxutdu
-
MDB16:22
Moskvada 21 yaşlı azərbaycanlı avtomobilini səkidə saxladı, ona irad tutan gənci öldürdü - VİDEO
-
Nida Təhlil 15:51
İşğalçı erməniyə göz yaşı tökən molla: İran silahı ilə Azərbaycanın neçə əsgəri öldürülüb?