Xalq artistinin oğlundan qardaşının vəzifədən getməsinə SƏRT REAKSİYA - ÖZƏL
Bizi izləyin

Səhiyyə

Xalq artistinin oğlundan qardaşının vəzifədən getməsinə SƏRT REAKSİYA - ÖZƏL

Azərbaycanın mərhum xalq artistinin oğlu vəzifəsindən azad edilib.

Azərbaycanın mərhum xalq artistinin oğlu vəzifəsindən azad edilib.

Azərbaycan Bəstəkarlar İttifaqının mərhum sədri, Xalq artisti Vasif Adıgözəlovun oğlu Toğrul Adıgözəlov məşhur klinikadakı baş direktor postunu itirib.

Xalq artisti Yalçın Adıgözəlov Publika.az-a açıqlamasında qardaşı Toğrul Adıgözəlovun işdən getməsinə münasibəti belə olub: “Bəzi saytlar yazırlar ki, qardaşım işdən çıxarılıb. O, öz ərizəsi ilə işdən gedib və başqa istiqamətdə işini davam etdirəcək. Kriminal.az mənim ailəmdə kriminal axtarmasın. Vasif Adıgözəlovun ailəsində heç vaxt kriminal məqamlar olmayıb. Toğrul 30 ildən artıqdır ki, Azərbaycan səhiyyəsində təbabətin təşkili ilə məşğul olan mütəxəssis kimi iş aparıb. Səhiyyə müəssislərində rəhbər vəzifələrdə çalışıb. Yəqin ki, yenə də öz fəaliyyətini davam etdirəcək. Toğrul 2006-cı ildə rəhbər vəzifəyə təyin olunanda atam sağ deyildi. O atamın adına görə irəli çəkilməyib. Sabah-birigün ona yenidən vəzifə veriləndə yazacaqlar ki, Xalq artistinin oğluna vəzifə verildi. Kimsə işdən gedibsə, onu işdən çıxarılmaq kimi qiymətləndirmək lazım deyil”.

***

Azərbaycanın mərhum xalq artistinin oğlu vəzifəsindən azad edilib.

Azərbaycan Bəstəkarlar İttifaqının mərhum sədri, xalq artisti Vasif Adıgözəlovun oğlu Toğrul Adıgözəlov məhşur klinikadakı baş direktor postunu itirib.

Mərkəzi Klinik Xəstəxananın baş direktoru vəzifəsində çalışan T.Adıgözəlova bir neçə gün əvvəl işdən uzaqlaşdırılıb. Onun yerinə Xüsusi Müalicə Sağlamlıq Kompleksinin direktoru İxtiyar Sultanov təyin olunub.

T.Adıgözəlova sadiqliyi ilə seçilən bir neçə məhşur həkim heyətinin də işdən çıxarılacağı bildirilir.

Bundan başqa T.Adığözəlovun nəzarətində olan ''Caspian İnternational Hospital''da da əsaslı dəyişikliklər edilib. Həmin klinikaya isə Ramin Bayramlı təyin olunub.

T.Adıgözəlovun direktor postundan çıxarılmasının səbəbini araşdırırıq. Bizi izləyin...

Xatırladaq ki, T.Adığözəlovun qardaşı Yalçın Adıgözəlov Azərbaycanda tanınmış dirijordur. Toğrul Adıgözəlov əvvəllər 1999-2009-cu illərdə Bakının məşhur klinikalarından olan "Leyla Şıxlinskayanın Klinikası"nın baş həkimi vəzifəsində işləyib. 2005-ci ildə keçmiş səhiyyə naziri Əli İnsanov klinikanı lisenziyadan məhrum etmək istəsə də, Adıgözəlov məhkəmədə klinikanın maraqlarını qoruya bildi və onu bağlanmağa qoymadı.

Ramin Bayramlı isə yeni vəzifəyə Tibb Universitetinin Tədris-Terapevtik Klinikasının direktoru vəzifəsindən gətirilib. O, həmin klinikada işləyən zaman xəstələrdən birinin oğlunu təhqir etdiyinə görə prokurorluğa verilmişdi. (Criminal.az)

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm