Mərkəzi Klinik Xəstəxananın rəhbərliyinə YENİ TƏYİNAT
Bizi izləyin

Səhiyyə

Mərkəzi Klinik Xəstəxananın rəhbərliyinə YENİ TƏYİNAT

Mərkəzi Klinik Xəstəxanasında (MKX) rəhbərlik dəyişib.

Mərkəzi Klinik Xəstəxanasında (MKX) rəhbərlik dəyişib.

Xəstəxananın müdiri Toğrul Adıgözalovun yerinə 2007-ci ildən Xüsusi Müalicə Sağlamlığ Kompleksinə rəhbərlik etmiş əməkdar həkim İxtiyar Sultanov təyin edilib.

Xəbəri təsdiq edən T. Adıgözəlov işdən öz xahişi ilə getdiyini qeyd etdi:

“Mən neçə vaxdır ki, yüksək təzyiqdən və bir sıra xəstəliklərdən əziyyət çəkirəm. Gördüm ki, artıq işləyə bilmirəm, işə gəlməyə belə çətinlik çəkirəm. Buna görə də ərizəmi yazıb, işdən çıxmaq qərarına gəldim. Burada başqa bir nüanslar axtarmaq lazım deyil”.

Qeyd edək ki, Toğrul Adıgözəlov Azərbaycanın görkəmli bəstəkarı, xalq artisti Vasif Adıgözəlovun oğlu və tanınmış dirijor, Azərbaycanın xalq artisti Yalçın Adıgözəlovun qardaşıdı. (atv.az)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm