Səhiyyə
Növbəti həkim səhlənkarlığı - İki aylıq körpə kor oldu - - VİDEO
İki ay əvvəl dünyaya göz açmış körpə dünya işığından məhrum qalıb.
Publika.az xezerxeber.com-a istinadən bildirir ki, valideynləri buna səbəb kimi doğuş həkiminin səhlənkarlığını göstərirlər. Çünki uşağın aparıldığı həkimlər gözün korluğunu doğuş zamanı aldığı travma ilə əlaqələndirirlər.
Maraqlısı budur ki, uşağın valideynləri doğuşdan sonra körpənin gözündə qızartı hiss ediblər və bu barədə doğuş həkiminə məlumat veriblər. Həkim isə bunun adi infeksiya olduğunu və narahatlığa əsas olmadığını deyib.
Uşağın anası Cəlilabad rayon sakini Şərqiyyə Vəliyevanın doğuşu Sabunçu rayonunda yerləşən 3 saylı şəhər klinikasında baş tutub. Doğuşu həyata keçirən Zülfiyyə həkimlə əlaqə saxladıq. O, doğuş zamanı körpənin travma almaq ehtimalının olmadığını dedi. Onun sözlərinə görə, əgər uşağı kor edə biləcək qədər ağır travma olsaydı, körpədə bunun əlamətləri kəskin şəkildə özünü biruzə verərdi.
Həkim uşağın öz hesabına təkrar müayinədən keçirilməsinə belə razı olduğunu deyir və problemin həkim səhlənkarlığından qaynaqlanmaması israr edir.
-
Hadisə12:30
Maşınlarını tıxacda saxlayıb dalaşdılar - VİDEO
-
Sosial11:55
Əli Əsədov qərar imzaladı
-
Sosial11:25
Ömrü yarıda, pulu havada qalanlar: Pensiya kapitalı varislərə qaytarıla bilər?
-
Hadisə11:10
Azərbaycanın əməkdar artisti vəfat etdi - FOTO
-
Müsahibə10:15
Diplomu 175 ölkədə tanınan azərbaycanlı: İki illik proses 40 gündə bitdi
-
Region09:20
Tavuşda etiraz başladı: Ermənilər İrəvan-Tbilisi yolunu bağladılar
-
Ekopublika.az08:35
Azərbaycanda yumurta kəskin ucuzlaşdı - SƏBƏB
-
Nida Xəbər 07:50
Blinken Azərbaycanın kəndlərinin qaytarılması ilə bağlı razılaşmanı alqışladı