212 adda dərmanın idxalına QADAĞA QOYULDU
Bizi izləyin

Səhiyyə

212 adda dərmanın idxalına QADAĞA QOYULDU

212 adda dərmanın idxalına QADAĞA QOYULDU

Dərman vasitələrinin idxal-ekspertiza şöbəsinə il ərzində 27000-dən çox seriyada dərman vasitəsinin ölkəyə idxalı üçün müraciətlər olub.

Publika.az xəbər verir ki, bu sözləri Səhiyyə Nazirliyinin Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzinin ekspertiza şöbəsinin müdir müavini Vəfa Əbilova bu gün keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, onlardan 23000-dən çox dərman vasitələrinin idxalı zamanı təqdim edilmiş sənəd və nümunələrdə heç bir uyğunsuzluq aşkar olunmayıb, 4000-ə yaxın dərman vasitəsinin idxalı zamanı bəzi uyğunsuzluq müəyyən edilməyib: “3000-dən çox dərman vasitələrinin uyğunsuzluqları istehsalçı və idxalçı şirkətlər tərəfindən aradan qaldırılıb”.

V.Əbilova onu da bildirib ki, dərman vasitələrinin keyfiyyətinin yoxlanılması laboratoriyası tərəfindən il ərzində 28000-ə yaxın dərman vasitəsinin analizi aparılıb: “Bunlardan 15000-dən çox dərman vasitəsi müsbət qiymətləndirilib, 5 adda dərman vasitəsinin keyfiyyət göstəriciləri dövlət qeydiyyatı zamanı təsdiqlənmiş normativ sənədlərə uyğun olmadığına görə idxalına icazə verilməyib. Bu da öz növbəsində toplam olaraq 33534 ədəd qablaşdırma nəzərdə tutur. 1000-dən çox normativ sənəd hazırlanaraq təsdiq olunub. Həmçinin laboratoriyada saf su alınma sistemi quraşdırılmayıb”.

O qeyd edib ki, 212 adda dərmanın idxalına qadağa qoyulub.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm