Kəskin respirator virus xəstəliklərində ən pik dövr açıqlandı
Bizi izləyin

Səhiyyə

Kəskin respirator virus xəstəliklərində ən pik dövr açıqlandı

Virusoloji laboratoriyada aparılan müayinələr xəstələnmənin epidemioloji hədd daxilində olduğunu göstərir.

Ötən il Avropa regionunun əksər ölkələrində, xüsusən həmsərhəd ərazilərdə ağır gedişli, yüksək ölüm faizi ilə nəticələnən A (H1N1) virusu epidemiyasının ölkəmizə keçməsinin qarşısını alıb.

Publika.az xəbər verir ki, bunu bu gün keçirdikləri mətbuat konfransında Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin (GEM) direktor müavini Afaq Əliyeva deyib.

Onun sözlərinə görə, hər il olduğu kimi 2016-2017-ci ilin payız-qış mövsümünün başlanması ilə əlaqədar əhali arasında qrip və kəskin respirator virus infeksiyalarına qarşı profilaktik tədbirlərin, həmçinin epidemioloji monitorinqin gücləndirilməsi istiqamətində işlər aparılıb.

“Virusoloji laboratoriyada aparılan müayinələr xəstələnmənin epidemioloji hədd daxilində olduğunu göstərir. Son 10 gün ərzində - yanvarın təxminən 10-dan sonra kəskin respirator infeksiyalarla bağlı mərkəzə edilən müraciətlərin sayı azalıb. Kəskin respirator infeksiyalarla bağlı xəstələnmələrin ən pik dövrü dekabrda olub”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm