• USD 1,7000 0,00% EUR 1,8962 -0,23%
    • GBP 2,1648 -0,45% RUB 0,0263 0,00%

Sağlamlığımız üçün təhlükəli dərmanlar: Rusiya onları qadağan etdi, Azərbaycan isə... - FOTOLAR

  • Səhiyyə
  • 10 Fevral 2017 19:02
  • 3 909 Baxış
Sağlamlığımız üçün təhlükəli dərmanlar: Rusiya onları qadağan etdi, Azərbaycan isə...

Rusiya Elmlər Akademiyası qrip əleyhinə 9 dərmanın satışının qadağan edilməsilə bağlı təklif irəli sürüb.

Publika.az xəbər verir ki, akademiya nəzdində yaradılan Yalançı elmlə mübarizə komissiyası Səhiyyə Nazirliyinə dövlət xəstəxanalarında hemeopatik dərmanlardan istifadənin qadağan olunmasının tövsiyə edib.

Komissiyasının hazırladığı “Hemeopatiya haqqında” qanun layihəsində bu dərmanların kimyəvi, bioloji və fiziki qanunlara zidd olduğu, heç bir effektivliyinin olmadığı bildirilib.

Ancaq Komissiyanın bu təklifinə baxmayaraq hələ də, xəstəxana və apteklərdə bu dərmanlar qadağan edilməyib. Komissiya bu siyahıya hələ ki, 9 dərmanın adını salıb.

Rusiya Elmlər Akademiyasının qadağasını tövsiyə etdiyi “İnflusid”, “Anaferon”, “Aflubin”, “Oscillococcinum”, “Sinnabsin”, “Engistol”, “Ergoferon” kimi dərmanlar ölkəmizdə də satılır. Bu gün istənilən aptekdə onları əldə etmək mümkündür. Ölkəmizdə onlardan yalnız “Vibburcol” qadağan edilib.

Tibbi ekspert Adil Qeybulla Publika.az-a açıqlamasında bildirib ki, bu dərmanların ölkəmizdə də satışının qadağası gündəmə gəlməlidir: “Rusiyada bu vaxta qədər bir çox dərman, qida əlavələrinin zərəri nəzərə alınaraq ölkəyə idxalına qadağa qoyulub. Bu mənada da Rusiyadan nümunə götürməliyik. Hər halda bu təklif əsassız yerə verilməyib. Bizim Səhiyyə Nazirliyi və onun aidiyyəti qurumları bu məsələni diqqətə alıb, araşdırmalıdır. Həqiqətən o dərmanların zərəri sübut edilərsə, istifadəsi qadağan edilə bilər. Ümumiyyətlə, dərman məsələsində beynəlxalq təcrübələri nəzərə almalıyıq. Məsələn, Almaniyada hər hansı dərman qadağan edilibsə, biz araşdırma aparmasaq belə, ondan istifadəyə qadağa qoya bilərik”.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova məsələ ilə bağlı onlarda hər hansı bir məlumat və müraciətin olmadığını dedi.

Gülxar

loading...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR