Bakıda bir gecədə 12 uşaq qəflətən keçinib – Hamı bu xəbərdən danışır
Bizi izləyin

Səhiyyə

Bakıda bir gecədə 12 uşaq qəflətən keçinib – Hamı bu xəbərdən danışır

Bbu uşqların ölümünə səbəb kimi müxtəlif dərman pereparatlarının səbəb olduğu qeyd olunub.

Sosial şəbəkələrdə yayılan xəbər geniş səs küyə səbəb olan "mesaja” Səhiyyə Nazirliyi cavab verdi.

Xəbərdə 3-12 yaşlı 12 uşağın qəflətən keçindiyi bildirilib. Və davamında bu uşqların ölümünə səbəb kimi müxtəlif dərman pereparatlarının səbəb olduğu qeyd olunub. Mesajda deyilir.

"TƏCİLİ HAMI İLƏ PAYLAŞIN!!!! 3-12 Yaşlı 12 uşaq qəflətən keçinib. Yarılma nəticəsində məlum olub ki, uşaqların hamsı dərman peraparatından baş verən allergiyanın qurbanı olub. Reaksiya o qədər ciddi olub ki, uşaqlardan heç birini xəstəxanaya çatdırmaq olmayıb. Onlar ya evdə, ya da xəstəxana yolunda keçiniblər. Hazırda polis iş üzrə araşdırma aparır, amma bütün dərman pereparatlarını satışdan götürmək mümkün olmayıb. Məlum olub ki, uşaqların qəbul etdiyi bütün dərman vasitələri ölkəyə kontraband yolu ilə gətirilib və təhlükəli saxta məhsuldur”.

Məlumatda əlavə olaraq uşaqlara verilməsi qadağan olan dərmanların siyahısı da qeyd edilir:

"UŞAQLARA QƏTİ VERİLMƏMƏLİ OLAN DƏRMANLARIN SİYAHISI... AMOKSİÇİLİN( АМОКСИЦИЛЛИН), KAPESULA ( КАПЕСУЛА), UBUPROFEN ( ИБУПРОФЕН СУСПЕНЗИЯ) , АЛКЛОФЕНАК, СУМАМЕД, ИНГАЛИПТ, АНТИСЕПТ, ИНФЛЮЦИД, ДЕТСКИЙ ПАНАДОЛ, САНАСОЛ. Yuxarıda adları verilən dərman pereparatlarının qəbulunu çalışın heç olmasa bir ay, yəni aptekdən bütün məhsullar götürülnədək məhdudlaşdırın.
Əgər hər hansı allergiya ilə qarşılaşarsızsa, 0,5- 1 həb КЕТОТИФЕН və ya 10-15 damcı ФЕНИСТИЛ qəbul etmək lazımdı. TƏCİLİ...UŞAQLARI OLANLARA GÖNDƏRİN...”

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova sözgedən mesajın tamamilə uydurma olduğunu bildirib:

"Bu mesaj illər öncə də ortaya çıxmışdı və yalan olduğu təsdiqlənmişdi. Hazırda bunu kim edirsə, qara piar məqsədi ilə edir. Təbii ki, burada xoş niyyət ola bilməz. Ancaq bir də deyirəm ki, bu iddiaların hamısı ağ yalandır”.

Sözügedən mesajdan sonra isə bəzi sosial şəbəkə istifadəçiləri bu cür mesajları dərman monopolistərinin bilərək yaydığını və hazırdan dərman bazarında olan xaosu daha da qızışdırmağa hesabladığını iddia edirlər. (azxeber.com)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm