Fevralda ölkədə 2 botulizm hadisəsi baş verib
Bizi izləyin

Səhiyyə

Fevralda ölkədə 2 botulizm hadisəsi baş verib

nəticədə 4 nəfər...

Fevral ayında respublika ərazisində 2 botulizm hadisəsi qeydə alınıb və nəticədə 4 nəfər zəhərlənib.

Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən Publika.az bildirib ki, qida zəhərlənmələri nəticəsində 2 nəfər dünyasını dəyişib. Qida zəhərlənmələrinin hamısı məişət zəminində hazırlanan məhsullardan baş verib.

Bu ilin fevral ayı ərzində 36 qida zəhərlənməsi hadisəsi baş verib və nəticədə 52 nəfər zəhərlənib.

Bu ilin ilk iki ayı ərzində Azərbaycanda 67 qida zəhərlənməsi hadisəsi baş verib. 96 nəfər zərər çəkib, 3 nəfər dünyasını dəyişib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm