Gözün buynuz qişasının Azərbaycana idxalına icazə veriləcək
Bizi izləyin

Səhiyyə

Gözün buynuz qişasının Azərbaycana idxalına icazə veriləcək

Hər iki layihə Mili Məclisə tövsiyə edilib.

Azərbaycana gözün buynuz qişasının idxalına icazə veriləcək.

Bu, bu gün Milli Məclisin Səhiyyə Komitəsində müzakirəyə çıxarılan və Milli Məclisə tövsiyə edilən “Mülki dövriyyəsinə yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında” qanuna dəyişiklik barədə layihədə əksini tapıb.

Layihəyə əsasən, gözün buynuz qişası Mülki dövriyyəsinə yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısında yer almayacaq.

Komitədə “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında” qanuna dəyişiklik barədə layihə də müzakirəyə çıxarılıb.

Layihədə bu siyahıya gözün buynuz qişasının daxil edilməsi nəzərdə tutulur.

Başqa sözlə, gözün buynuz qişası xüsusi icazə əsasında Azərbaycana idxal olunacaq.

Hər iki layihə Mili Məclisə tövsiyə edilib. (apa)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm