Bakıda aksiya keçirildi - - FOTO
Bizi izləyin

Səhiyyə

Bakıda aksiya keçirildi - - FOTO

Autizmin əlamətləri əsasən iki yaşından etibarən özünü göstərməyə başlayır.

2 aprel - Dünya Autizm Məlumatlandırma Günü münasibətilə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin martın 30-da start verdiyi aksiya çərçivəsində Bakıda növbəti tədbir keçirilib.

Publika.az xəbər verir ki, “Parkbulvar” ticarət mərkəzində fləşmobla başlayan tədbir Azərbaycan Xalça Muzeyinə yürüşlə davam etdirilib.

Daha sonra “Mavi işıqla işıqlandır” (Light it up blue) şüarı altında Qız qalası, Alov qüllələri, “Baku Crystal Hall”, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) binası və Bakı Olimpiya Stadionu (BOS) mavi rənglə işıqlandırılıb.

Autizm erkən yaş dövründə başlayan, sosial münasibətlərdə və ünsiyyətdə problemlərin olması ilə özünü büruzə verən ümumi inkişaf problemidir. Autizmin əlamətləri əsasən iki yaşından etibarən özünü göstərməyə başlayır. Bu xəstəlik özünə qapanma, real həyatdan uzaqlaşma kimi təzahür edir və təxminən hər min uşaqdan beşində müşahidə olunur.

BMT 2007-ci il dekabrın 18-də hər il aprelin 2-nin Dünya Autizm Məlumatlandırma Günü kimi qeyd edilməsini qərara alıb. Azərbaycanda da ictimaiyyətin diqqətini autizmin spektr pozuntuları ilə üzləşmiş insanların və ailələrin ehtiyaclarına yönəltmək, əhalini həmin xəstəlik üzrə maarifləndirmək məqsədilə hər il silsilə tədbirlər keçirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm