20% insana yanlış diaqnoz qoyulur – MÜTƏXƏSSİS RƏYİ
Bizi izləyin

Səhiyyə

20% insana yanlış diaqnoz qoyulur – MÜTƏXƏSSİS RƏYİ

86%-inin təkrar müayinəyə ehtiyacı yaranır.

Müayinə olunan xəstələrin 86%-inin təkrar müayinəyə ehtiyacı yaranır.

Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu qənaətə amerikalı mütəxəssislər gəliblər. Onların sözlərinə görə, təqribən 20% insana isə ümumiyyətlə yanlış diaqnoz qoyulur.

Mütəxəssislər bu istiqamətdə araşdırma apararaq 2009-cu ildən etibarən xəstələri müşahidə altında saxlayıblar. 286 xəstə üzərində aparılan araşdırmalar göstərib ki, müayinəyə gələn insanlar bir müddət yenidən müraciət etməli olurlar.

Tədqiqatın rəhbəri Ceyms Nassens deyir ki, yanlış və natamam diaqnozlar hətta mütəxəssisləri belə dəhşətə gətirib. Çünki əksər xəstələrin müalicəsi məhz bu səbəbdən uğursuz alınıb, nəticədə xəstə həm canından, həm də pulundan olur.

Mütəxəssilər bunu belə izah edirlər ki, adətən bu durum tibbi personalın işə diqqətsiz yanaşmasından və xəstələrin tibbi anlayışının zəif olmasından qaynaqlanır. Ona görə də tövsiyə olunur ki, hər ölkənin səhiyyə nazirlikləri müalicə ilə yanaşı müayinəyə də diqqət ayrılmasında tələbkar olmalıdır.

Şəfiqə ŞƏFA

Oxumağa davam et
Reklam
Reklam

Gündəm