40 milyon insan ölümlə ÜZ-ÜZƏ
Bizi izləyin

Səhiyyə

40 milyon insan ölümlə ÜZ-ÜZƏ

128 000 intihar halının әsas sәbәbi depressiya ilə bağlıdır.

“Dәrin depressiyası olan insanların әn az 75%-i adekvat müalicә almır”.

Publika.az xəbər verir ki, bu sözləri Ümumdünya Səhiyyə Təşkilatının Avropa regional bürosunun direktoru doktor Zsuzsanna Jakab deyib.

Onun sözlərinə görə, bu problemin həlli üçün tәkcə xidmәtlәrin miqyasının genişlәndirilmәsi yetәrli deyil; әhalinin mәlumatlılığının artırılması, damğanın daha yaxşı başa düşülmәsi vә sәviyyәsinin azaldılması üzәrindә iş eyni dәrәcәdə әhәmiyyәtә malikdir.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, Avropa regionunda olan 128 000 intihar halının әsas sәbәbi depressiya ilə bağlıdır.

“Depressiya pozğunluğu olan insanların sayı regionda 40 milyon nәfәr tәşkil edir ki, 2015-ci ilin sağlamlıq vәziyyәtinin qlobal qiymәtlәndirilmәsinin bu yaxında dәrc edilmiş nәticәlәri bu göstәricini ölkәlәr sәviyyәsindә әhalinin 3,8-6,3% civarında tәşkil etdiyini göstәrib”, - deyə təşkilatın məlumatında qeyd edilir.

Həmçinin məlumatda vurğulanır ki, depressiya tez-tez digәr vәziyyәtlәrlә yanaşı әmәlә gәlir. 15-29 yaş arasındakı insanların ölüm hallarının sәbәbi kimi ilk yerdə yol-nәqliyyat hadisәlәri olduğu halda, ikinci yerdә intihar göstərilə bilər. Kişilәrlә müqayisәdә qadınlar arasında depressiya hallarının iki dәfә çox olmasına baxmayaraq, kişilәr arasında intihar hallarının sayı daha çoxdur: 2015-ci ildә aşağı vә orta gәlir sәviyyәli ölkәlәrdә qadınlarla müqayisәdә kişilәr dörd dәfә çox intihara әl atıblar.

Depressiyanın terapiya vә ya antidepressant (vә ya hәr ikisi) vasitәsi ilә müalicәsi qәnaәt etmәyә imkan verәn sәmәrәli yanaşmadır: ABŞ-da bu sahәyә yatırılan hәr dollar daha yaxşı sağlamlıq qöstәricilәri vә yüksәk әmәk qabiliyyәtinә görә dörd dollar mәnfәәt gәtirir.

Xәstәlik barәdә mәlumatlılığın artırılması ilә depressiyanın daha effektiv profilaktikası ölkәlәr tәrәfindәn sәhiyyә xidmәtlәri vә sosial inteqrasiya ilә ümumi әhatә olunmaya keçidә dair aparılaraq işin ayrılmaz hissәsi olacaq. Bu iş ölkәlәrә davamlı inkişaf mәqsәdlәrinin 2030-cu ilә qәdәr profilaktika vә müalicә vasitәsi ilә qeyri-yoluxucu xәstәliklәr sәbәbindәn erkәn ölüm hallarının üçdә birinә qәdәr azaldılması vә psixi sağlamlığına vә rifahın yaxşılaşdırılmasına dair 3,4 bәndinin yerinә yetirilmәsindә yardım edәcәk.

Qeyd edək ki, ÜST 2017-ci ilin Ümümdünya Sağlamlıq Günü әmәk qabiliyyәtinin vә sağlamlığın itirilmәsi və depressiyanın səbəb olduğu intiharlarla mübarizəyə həsr edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm